Sizdə xərçəngin əlamətləri ola bilər - Dırnaqlarınızı yoxlayın

Mar 25, 2025 - 09:45
 0
Sizdə xərçəngin əlamətləri ola bilər - Dırnaqlarınızı yoxlayın
Sizdə xərçəngin əlamətləri ola bilər - Dırnaqlarınızı yoxlayın

Dırnaqlar əl və ayaqların gözəl görünməsində ən mühüm amillərdən biridir. Buna görə də düzgün dırnaq baxımı həm sağlamlıq, həm də estetika baxımından əhəmiyyətlidir. Dırnaqlarda görünən deformasiyalar bəzən göz ardı edilir. Dırnaqdakı tünd xəttlər sağlamlıq problemlərinə işarə ola bilər.

Doktorm.az xəbər verir ki, Türkiyə Dəri Xəstəlikləri Dərnəyi Dırnaq Xəstəlikləri İşçi Qrupu Başçısı Prof. Dr. Fatih Göktay bununla bağlı paylaşım edib.

Həkim dəridə olan və insanların dəri rəngini təyin edən “melanin” adlı qəhvəyi-qara boyanın “melanosit” adlı hüceyrələr tərəfindən istehsal olunduğunu bildirib:

“Dırnaqlarda meydana gələn qəhvəyi və qara rənglərin dəyişməsi dırnaq altındakı melanositlərin sayının artması və boya çıxarmağa başlaması nəticəsində inkişaf edə bilər. Bu vəziyyət anadangəlmə ola bilər və ya daha sonra baş verə bilər. Dırnaq boyunca xətti və nöqtəli formalarda görünə bilər. Dırnaq altında yerləşən və dırnağın bütün və ya bir hissəsində baş verə bilən bu vəziyyət xərçəng xəstəliyinə işarə edə bilər”./publika.az


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow