"Alında olan qırışlar o deməkdir ki, sizin erkən ölüm riskiniz on dəfə çoxdur..."
İnsanların əksəriyyəti yaxınlaşan qocalıqla mübarizəyə mübtəladır, lakin buna kimin nail ola biləcəyini və kimin nail ola bilməyəcəyini müəyyən edən kifayət qədər az üsullar var. Buna baxmayaraq, sağlam həyatın necə uzadılması məsələsi tibbi dairələrdə böyük maraq doğurur.
Doktorm.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın "Daily Express" nəşri yazıb.
Təqdiqatlar göstərir ki, uzunömürlülük ilk növbədə genetika və həyat tərzi ilə bağlı olan bir çox amillərin məcmusu ilə müəyyən edilir.
Alimlər müxtəlif istiqamətlərdə tədqiqatlar apararaq insanların necə uzunömürlü olmasını müəyyən etməyə cəhd göstərib. Bir təqdiqat göstərib ki, bu suala alında olam qırışlar cavab verə bilər.
Bu tədqiqatın müəllifi Yolanda Eskvirol Tuluza Universitetinin Xəstəxana Mərkəzində bioloji təbabət sahəsində tədqiqatlarla məşğul olan həkimdir. O, deyir:
"Siz yüksək xolesterin və ya hipertoniya kimi risk amillərini görə və ya hiss edə bilməsiniz. Biz alındakı qırışların əlamət ola biləcəyini yoxlamaq qərarına gəldik, çünki bu, çox asan və əyani əlamətdir. İnsanın sifətindəki bircə baxışı həyəcan təbili çalmaq üçün kifayət edəcək və biz riskləri azaltmaq üçün ona tövsiyələr verə biləcəyik.
Bu, ürək-damar xəstəliklərinin inkişaf riski ilə alındakl qırışlar arasında əlaqəni müəyyən etməyə imkan verən ilk tədqiqatdır. Bizim nəticələrimizi gələcək tədqiqatların gedişində təsdiq etmək lazım gələcək. Lakin praktiki həkimlər və dövlət klinikaları artıq indi bu nəticələrdən istifadə edə bilər".
Öz tədqiqatı çərçivəsində alimlər 32-64 yaş arasında olan 3200 nəfər sağlam adamlar üzərində müşahidə aparıb. Hər bir könüllüyə alında ola qırışların dərinliyinə görə 0-3 bal verilib. Sıfır bal qırışların olmadığını, üç bal isə insanın alnında çoxsaylı dərin qırışların olduğunu göstərir.
Təcrübə iştirakçıları üzərində müşahidə 20 il ərzində aparılıb, bu müddət ərzində 233 nəfər müxtəlif səbəblərdən dünyasını dəyişib. Əldə edilən nəticələrə görə, alnında qırışların sayı çox olan adamlarda erkən ölüm riski böyük olub, aşağı ömür müddəti riski qırışları olmayanlarda müşahidə edilib.
Bir bal verilən iştirakçılarda qırışları olmayanlarla müqayisədə ürək-damar xəstəliklərindən ölüm riski bir qədər çox olub. Lakin daha yüksək balı olanlarda erkən ölüm riski xeyli artıb. 2 və ya 3 balı olanlarda 0 balı olanlara nisbətən erkən ölüm riski təxminən on dəfə çox olub.
Alimələr alında olan qırışlarla ürək-damar xəstəliklərindən ölüm halları arasında qarşılıqlı əlaqənin əsl xarakterini müəyyən etməyə müvəffəq olmayıb.
"Alındakı qırışlar aterosklerozun əlaməti ola bilər. Bu, ürək-damar xəstəliklərinin inkişaf riski ilə alındakı qırışlar arasında əlaqəni müəyyən etməyə imkan verən ilk tədqiqatdır. Bizim nəticələrimizi gələcək tədqiqatların gedişində təsdiq etmək lazım gələcək", - doktor Eskvirol qeyd edib.
Bu tədqiqat qocalığın ürək-damar xəstəliklərindən xəbər verə biləcək əlamətlərinin alimlər tərəfindən öyrənilməsinin növbəti cəhdidir.