Səhərlər bu simptomlar sizdə də olursa DİQQƏTLİ OLUN

Apr 20, 2025 - 07:01
 0
Səhərlər bu simptomlar sizdə də olursa DİQQƏTLİ OLUN
Səhərlər bu simptomlar sizdə də olursa DİQQƏTLİ OLUN

Ağciyər xərçəngi tez-tez səssizcə irəliləyən və gecikmiş mərhələlərdə aşkar edilən ölümcül bir xəstəlikdir. Lakin səhər saatlarında ortaya çıxan bəzi əlamətlər bu xəstəliyin ilk xəbərçisi ola bilər. 

Doktorm.az xəbər verir ki, onkoloq Dr. Sajjan Rajpurohit bildirir ki, səhərlər müşahidə olunan müəyyən hallar - xüsusilə inadkar öskürək, sinə ağrısı, təngnəfəslik və xırıltı - ağciyər xərçənginin ilkin siqnalları ola bilər.

Səhərlər görünən mümkün simptomlar:

Yüksək hərarətlə oyanmaq

ABŞ Milli Sağlamlıq İnstitutuna görə, qızdırma inkişaf etmiş ağciyər xərçəngində tez-tez rast gəlinən haldır. Bu, infeksiyalar, şiş yükü və ya zəifləmiş immun sistem (neytropeniya) ilə əlaqədar ola bilər.

Güclü tərləmə

Xüsusilə gecə və səhər saatlarında yaşanan səbəbsiz və güclü tərləmə bədənin iltihabi reaksiyası ilə əlaqəli ola bilər. Bu, bəzən ağciyər xərçənginin əlaməti sayılır.

Quru və uzunmüddətli öskürək

Üç həftədən çox davam edən, bəlğəmsiz və quru xarakterli öskürək diqqətlə izlənməlidir. Bu, xəstəliyin ən çox rast gəlinən ilkin simptomlarından biridir.

Bəlğəmdə qan

Bəlğəmdə qan müşahidə etmək təhlükəli bir siqnaldır. Şişlər ağciyər damarlarına zərər verərək qanaxmalara səbəb ola bilər.

Kimlər daha risk altındadır?

Siqaret çəkənlərdə bu əlamətlərin riski siqaret çəkməyənlərə nisbətən 20 dəfə daha yüksəkdir. Eyni zamanda radon qazı, asbest kimi zərərli maddələrə məruz qalmaq, genetik meyillilik və hava çirkliliyi də risk faktorları sırasındadır.

Ağciyər xərçənginin qarşısını almaq üçün nə etməli?

Siqareti buraxın və passiv siqaretdən uzaq durun

Sağlam qidalanma və müntəzəm fiziki aktivlik

Zərərli maddələrdən qorunun və yaxşı havalandırılan mühitlərdə yaşayın

Rutin tibbi müayinələrdən keçin - Erkən diaqnoz həyat xilas edir!

Səhərlər özünüzü yaxşı hiss etmirsinizsə, bu əlamətləri diqqətlə müşahidə edin və gecikmədən həkimə müraciət edin./milli.az


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow