Renqalin

Renqalin öskürəkəleyhinə təsirdən başqa, kompleks preparat tərkibinə daxil olan komponentlərin hesabına iltihabəleyhinə, ödeməleyhinə, antiallergik, spazmolitik və analgeziyaedici təsir göstərir.

Jul 12, 2024 - 19:24
Jul 12, 2024 - 19:38
 0
Renqalin
Renqalin

Renqalin haqqında məlumat

YAZININ İÇİNDƏKİLƏR
Hamısına bax

Renqalin qiyməti

Renqalin qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə Renqalin qiyməti 8 azn - 10 azn arasında dəyişir.  

Ən gözəli budur ki, Doktorm.az  Platforması  ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Renqalin tablet qiyməti -ni öyrənərək əldə edəsiniz.

Renqalin tərkibi

Təsiredici maddə:   1 tabletin  tərkibində: bradikininə qarşı affin təmizlənmiş anticisim  – 0,006 q*; histaminə qarşı affin təmizlənmiş anticisim  – 0,006 q*; morfinə qarşı affin təmizlənmiş anticisim  – 0,006 q*  vardır.

Köməkçi maddələr: izomalt, mikrokristallik sellüloza, maqnezium stearat, susuz limon turşusu, kolloidal silisium dioksid, natrium siklamat, saxarin natrium.

* üç aktiv maddənin  müvafiq olaraq 10012, 10030, 10050 dəfə durulaşdırılmış sulu-spirtli məhlulunun qarışığı şəklində izomaltın üzərinə yaxılır. 

Təsviri

Yastısilindrik formalı, kənarları iti, bir yastı tərəfində  bölmə xətti olan bütöv kənarlı, ağ və ya demək olar ki, ağ tabletlərdir.

Bölmə xətti olan yastı tərəfində MATERIA MEDICA, digər yastı tərəfində RENGALIN yazısı həkk edilmişdir.

Farmakoterapevtik qrupu

Digər öskürəkəleyhinə preparatlar.

АТC kodu: R05DB.

Farmakoloji xüsusiyyətləri

Renqalin nə üçündür?

Farmakodinamikası

Eksperimantal olaraq göstərilmişdir ki, preparatın komponentləri endogen tənzimləyicilərin müvafiq reseptorlarla liqand-reseptor qarşılıqlı təsirinin aktivliyini modifikasiya edir: morfinə qarşı anticisim – opiat reseptorlarla;  histaminə qarşı anticisim – H1-histamin reseptorları ilə; bradikininə qarşı anticisim – B1-bradikinin reseptorlarına; bu zaman komponentlərin birlikdə istifadəsi öskürəkəleyhinə təsirin güclənməsinə gətirib çıxarır.

Oskürəkəleyhinə təsirdən başqa, kompleks preparat tərkibinə daxil olan komponentlərin hesabına iltihabəleyhinə, ödeməleyhinə, antiallergik, spazmolitik (histaminə qarşı anticisim, bradikininə qarşı anticisim), və analgeziyaedici təsir (morfinə qarşı anticisim) göstərir.

Renqalin kompleks preparatı  H1-reseptorların histamindən-asılı aktivləşməsini, B2-reseptorların bradikinindən-asılı aktivləşməsini modifikasiya etməsi hesabına seçici şəkildə uzunsov beyində öskürək mərkəzinin oyanıqlığını aşağı salır, öskürək mərkəzinin mərkəzi halqasını tormozlayır. Talamusda ağrı hissi mərkəzlərini tormozlamaqla, ağrı impulslarının baş beyin qabığına ötürülməsini blokadaya alır. Toxuma və plazma alqogenlərinin (histamin, bradikinin, prostaqlandinlər və s.) azad olmasını azaltmaqla, periferiyadan ağrı impulslarının  axınını inhibə edir.  Narkotik analgetiklərdən fərqli olaraq, tənəffüsü tormozlamır, dərman asılılığı törətmir, narkogen və yuxugətirici təsirə malik deyildir.

Kəskin faringitin, laringitin və bronxitin təzahürlülüyünü yüngülləşdirir, bronxospazmı azaldır. Histaminin və bradikininin  sintezinə və tosqun hüceyrələrdən azad olmasına təsir göstərərək, allergik reaksiyaların sistem və yerli simptomlarını aradan qaldırır. 

Farmakokinetikası

Müasir fiziki-kimyəvi analiz metodlarının (qaz-maye xromatoqrafiyası, xromato-mass-spektrometriya) həssaslığı bioloji mayelərdə, orqan və toxumalarda Renqalin preparatının aktiv komponentlərinin miqdarını qiymətləndirməyə imkan vermir ki, bu da farmakokinetikanı öyrənməyi texniki cəhətdən qeyri-mümkün edir.

İstifadəsinə göstərişlər

Tənəffüs yollarının öskürəklə və bronxospazmla müşayiət olunan kəskin və xroniki xəstəlikləri. Qrip və KRVİ zamanı, kəskin faringitdə, larinqotraxeitdə, kəskin obstruktiv laringitdə, xroniki bronxitdə və yuxarı və aşağı tənəffüs yollarının digər infeksion-iltihabi və allergik  xəstəliklərində produktiv və qeyri-produktiv (quru) öskürək.

Renqalin əks göstərişlər

Preparatın komponentlərinə qarşı fərdi yüksək həssaslıq. Renqalinin təhlükəsizliyinə və effektivliyinə dair kifayət qədər məlumat olmadığı üçün 3 yaşa qədər uşaqlarda istifadəsi tövsiyə edilmir.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

  • Siqaret çəkənlərdə istifadəsi mümkündür.
  • Renqalin preparatı  nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliy-yətinə təsir göstərmir.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Bu vaxta qədər digər dərman vasitələri ilə uyuşmazlığı qeydə alınmamışdır.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamilə qadınlarda və döşlə qidalandırma dövründə Renqalin preparatının istifadəsinin təhlükəsizliyi öyrənilməmişdir. Preparatdan istifadə zəruri olarsa, risk/fayda nisbətini nəzərə almaq lazımdır.  

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Renqalin preparatı  nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyə-tinə təsir göstərmir.

Renqalin istifadə qaydası və dozası

Daxilə. Bir qəbula  – 1 tablet (tam sorulana qədər ağızda saxlamalı). Qida qəbulundan kənar gündə 3 dəfə 1-2 tablet. Vəziyyətin ağırlığından asılı olaraq, ilk 3 gün qəbul tezliyi gündə 4-6 dəfəyə qədər  artırıla bilər.

Əlavə təsirləri

Preparatın komponentlərinə qarşı yüksək fərdi həssaslıq reaksiyaları mümkündür.

Doza həddinin aşılması

Doza həddinin təsadüfi aşılması zamanı preparatın tərkibinə daxil olan köməkçi maddələrin hesabına dispepsik halların yaranması mümkündür.

Buraxılış forması

Homeopatik sorma tabletlər. 10 tablet,  polivinilxlorid plyonkadan və alüminium folqadan konturlu-yu-valı qablaşdırmada.

1, 2 və ya  5 konturlu-yuvalı qablaşdırma içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.  

Saxlanma şəraiti

25 °С-dən yüksək olmayan temperaturda, işıqdan qorunan və  uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Reseptsiz buraxılır.

İstehsalçı

MMC “NPF “MATERİYA MEDİKA HOLDİNQ”.

Rusiya Federasiyası, 127473, Moskva ş. 3-cü samoteçnıy döng., ev 9.

Теl.:/Faks: +7 (495) 684-43-33.

İstehsalat sahəsi/Ünvan

Rusiya Federasiyası, 454139, Çelyabinsk ş., Buquruslansk küç., ev 54.

Aid olduğu kateqoriyalar

  1. Yuxarı tənəffüs yollarının digər xəstəliklərində istifadə olunan dərmanlar
  2. Qrip zamanı istifadə olunan dərmanlar
  3. Angina, faringit, laringit zamanı istifadə olunan dərmanlar
  4. Allergik boğulmalar və bronxial astmada istifadə olunan dərmanlar
  5. Bronxit, pnevmoniya zamanı istifadə olunan dərmanlar
  6. Aşağı tənəffüs yollarının digər xəstəliklərində istifadə olunan dərmanlar
  7. Öskürək əleyhinə dərmanlar

Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow