Qrip dərmanları bu şəxslər üçün təhlükəlidir - Xəbərdarlıq

Aug 13, 2024 - 06:26
 0
Qrip dərmanları bu şəxslər üçün təhlükəlidir - Xəbərdarlıq

Son illərdə əksər insanlar qrip zamanı tozşəkilli dərmanlardan istifadə edirlər. Bəs bu kimi vasitələrdən davamlı istifadə hansı problemlərə yol aça bilər?

Doktorm.Az bildirir ki, mövzu ilə bağlı Metbuat.az-a danışan professor Adil Qeybulla bildirib ki, bu kimi preparatların əksəriyyəti parasetamol tərkiblidir. Onun sözlərinə görə, bu dərmanları mütəmadi istifadə etdikdə, yüksək həssaslıq, ağır böyrək çatışmazlığı yarana bilər:

"Həmçinin bu kimi preparatlar qaraciyərə zərər vura bilər. Soyuqdəymə əleyhinə adətən, dünyanın hər yerində, xüsusilə Qərb təbabətində istifadə edilən dərman parasetamoldur. Bu dərman əsasında da xeyli dərman preparatları var.

Müəyyən ediblər ki, qara ciyərdə "qlütation" deyilən fermentin azlığı nəticəsində parasetamol kəskin qaraciyər çatışmazlığına gətirib çıxarır. Bu müəyyən qrup xəstələrdə müşahidə edilir. Ona görə də, parasetamol təyinatı zamanı onun aşırı dozasına meyillənmək düzgün deyil. Əsasən də uşaqlar üçün istifadə edəndə çox ehtiyatlı olmaq lazımdır. Qaraciyər xəstəlikləri olan adamlar parasetamol tərkibli toz halında dərmanların tətbiqindən çəkinməlidirlər".

Professor qeyd edib ki, ümumiyyətlə soyuqdəymə zamanı əsas şeylərdən biri, yataq rejimi, maye qəbulu və xalq təbabəti imkanlarından istifadə etməkdir.


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow