Qeyri-sabit yuxu piylənmə riskini artırır

Apr 25, 2025 - 09:10
 0
Qeyri-sabit yuxu piylənmə riskini artırır
Qeyri-sabit yuxu piylənmə riskini artırır

Çinin Futszyan Tibb Universitetinin alimləri maraqlı nəticəyə gəliblər: qısa və qeyri-sabit yuxu rejimi piylənmə riskini ciddi şəkildə artırır.

Doktorm.az xəbər verir ki, bu qənaət "BMC Public Health" elmi jurnalında dərc olunan genişmiqyaslı tədqiqatın nəticələrinə əsaslanır.

Tədqiqat çərçivəsində orta yaşı 50,5 olan 4 min 540 nəfərin sağlamlıq göstəriciləri təhlil olunub. Alimlər ABŞ-nin Milli Sağlamlıq və Qidalanma Müayinəsi proqramının məlumatlarından istifadə ediblər. Könüllülərin yuxu müddəti, gündüz yuxululuğu və yuxuya getməkdə çətinlik kimi meyarlar nəzərə alınıb və onların yuxu rejimi üzrə üç qrupa bölünüb: sağlam, orta və qeyri-sağlam yuxusu olanlar.

Məlum olub ki, keyfiyyətsiz yuxusu olan insanların piylənmə ehtimalı yaxşı yatanlarla müqayisədə 41 faiz daha yüksəkdir. Maraqlıdır ki, bu risk cins, yaş, təhsil səviyyəsi və digər fərdi amillərdən asılı olmayaraq eyni qalır. Eyni zamanda yalnız az yatmaq deyil, gec saatlarda yatmaq və yuxu cədvəlinin qeyri-müntəzəmliyi də piylənmə riskini artıran faktorlardandır.

Alimlərin fikrincə, yuxu və oyaqlıq dövrəsinin pozulması maddələr mübadiləsinə birbaşa təsir edir. Sirkadiyan ritmlərin dəyişməsi enerji sərfiyyatı, maddələrin orqanizmdə çevrilməsi və iştahanı tənzimləyən hormonların səviyyəsinə təsir göstərir. Əvvəlki araşdırmalar da bunu təsdiqləyib: yuxunun 10 saatdan 4 saata qədər azaldılması aclıq hormonu olan qrelinin səviyyəsini 28 faiz artırır, toxluq hormonu leptinin isə 18 faiz azalmasına səbəb olur./lent.az


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow