Qəbələdə toyda kütləvi zəhərlənmə - Araşdırma başlanıldı

Aug 16, 2024 - 07:32
Aug 16, 2024 - 07:33
 0
Qəbələdə toyda kütləvi zəhərlənmə - Araşdırma başlanıldı
Qəbələ rayonunda kütləvi zəhərlənmə olub.
Doktorm.az qafqazinfo-ya istinadla xəbər verir ki, gecə saatlarından etibarən rayonun müxtəlif kəndlərindən olan 40 nəfərə yaxın şəxs zəhərlənmə diaqnozu ilə tibbi xidmətə müraciət edib.
Onların hamısının dünən eyni şadlıq sarayında keçirilən toyda iştirak etdikləri məlum olub. Xəstəxanaya müraciət edənlər arasında azyaşlılar da var.
İlkin məlumata görə, sakinlər toyda yedikləri qidadan zəhərləniblər.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow