Qanı tər-təmiz edən təbii çay

Pis ekoloji şərait, düzgün olmayan qidalanma, suyun az miqdarda qəbulu, bağırsaqların, qaraciyərin, böyrəklərin fəaliyyətində problemlər qanın tərkibinə çox mənfi təsir edir.
Doktorm.Az saglamolun.az-a istinadən bildirir ki, toksinlər, şlaklar, viruslar və s. ziyanlı agentlər qanda toplanaraq orqanizmin xroniki intoksikasiyasına səbəb olur. Xroniki intoksikasiyanın əsas əlamətləri:
- dərinin və saçların vəziyyətinin pisləşməsi - saçlar cansız və solğun olur, tökülür, dəridə səpgilər, civzələr, ləkələr əmələ gəlir
- səbəbsiz yorğunluq, zəiflik və yuxululuq
- baş ağrıları
Xalq təbabəti qanı təmizləmək üçün müxtəlif effektli vasitələri təqdim edir. Bu vasitələrdən biri itburnu ilə zəncəfilin dəmləməsidir.
2 x.q. itburnu əzilir, 4-5 sm uzunluqda təzə zəncəfil kökü sürtgəcdən keçirilir. İtburnu və zəncəfil termosa tökülür, üzərinə yarım l isti su tökülür. Dəmləməni axşamdan hazırlayın, səhər bir neçə qat tənzifdən 2 dəfə süzün və gün ərzində hər dəfə yarım stəkan olmaqla için. Axşam yeni dəmləmə hazırlayın.
Dəmləməni hər gün 1 həftə ərzində için.
Sizdə hər hansı xroniki xəstəliklər varsa, dəmləmədən istifadə etdikdən əvvəl müalicə həkiminizlə məsləhətləşin.
Bu yazını dostlarınla paylaş
saytların hazırlanması Pin up casino giriş
Bu yazıya reaksiyanız ?






