Qadınlar kişilərin diqqətini cəlb etmək üçün bəzənir?

Apr 27, 2025 - 10:03
 0
Qadınlar kişilərin diqqətini cəlb etmək üçün bəzənir?
Qadınlar kişilərin diqqətini cəlb etmək üçün bəzənir?

Qadınlar özünü dərk edəndən gözəl görünməyə can atırlar.

Kamil gözəlliyə çatmaq üçün ən ağlasığmaz addımları atmağa belə hazır olurlar.

Bəs qadınların gözəl görünmək istəyi nədən qaynaqlanır?

Psixoloq Könül İsmayılova Hit.az-a deyib ki, xanımlar o qədər mükəmməllik axtarışında olur ki, o mükəmməlliyin içində itib batırlar;

"Şüur altı təfəkkürdə qadınlar adətən bəylər üçün bəzənirlər, əks cinsin diqqətini cəlb etmək üçün gözəl görünməyə çalışırlar. Daha sonra özünü təsdiqləmək və estetik baxımdan necə mükəmməl olduğunu göstərmək istəyi gəlir. Təbii ki, xanımlar baxımlı olmalıdır. Ancaq qadının bəzək-düzəyi norma daxilində olmalıdır. Əgər o normanı aşırsa, xanımın gözəl görünmək arzusu onu artıq xəstəlik dərəcəsinə çatdırır.Xanımın gözəl görünməyə can atması normal haldır, amma bu istək həddindən ziyadə çox olanda, bütün fikrini-zikrini bunun üzərində cəmləşdirəndə həm cəmiyyətdən qopmağa başlayır, həm dostları, həm ailəsi ilə münasibətləri korlanmağa başlayır".


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow