Prostakaps istifadə qaydası necədir?

Prostakaps - Potensiya zəifliyi zamanı, prostatit zamanı, sidik ifrazatı xəstəliklərində, prostat vəzin adenomasında istifadə olunan preparatdır.

Aug 28, 2024 - 11:46
Aug 28, 2024 - 11:46
 0
Prostakaps istifadə qaydası necədir?
Prostakaps

Prostakaps haqqında məlumat

YAZININ İÇİNDƏKİLƏR
Hamısına bax

Prostakaps qiyməti 

Prostakaps qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə Prostakaps qiyməti 30 azn - 33 azn arasında dəyişir.

Ən gözəli budur ki, Doktorm.az Platforması ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Prostakaps qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.

Tərkibi:

Hər yumşaq gel kapsulun tərkibinə daxildir:

  • Cırtdan palma (Saw palmetto) ekstraktı              300,0 mq
  • Likopin (pomidor ekstraktı)                                500,0 mkq
  • Gicitkən ekstraktı                                                  62,5 mq
  • Ayı gulağı ekstraktı                                                12,5 mq
  • Balqabaq toxumlarının yağı                                 300,0 mq
  • Sink                                                                        10,3 mq
  • Selen                                                                     103 mkq

 

Farmakoloji qrupu:

  • Prostatotrop
  • Antiandrogen
  • İltihabəleyhinə
  • Antioksidant

 

Farmakoloji təsiri:

Prostakaps preparatının tərkibinə daxil olan bütün komponentlər prostat vəzinin bir çox problemlərinin arаdan qalxmasına kömək edir.

Cırtdan palma - dehidrotestestronun sintezini (1və 2 tipli 5-alfa reduкtaza fermentini blokаdа еdir) və onun sitozol reseptorlarına fiksasiyasını tormozlayır. Prostatın hipertrofiyasının qarşısını alır. Həmçinin prostaqlandinlərin və leykotrienlərin yerli sintezini tormozlayaraq iltihabəleyhinə təsir göstərir.

Likopin - güclü antioksidant olub, prostat vəzisini sərbəst radikalların zərərli təsirindən qoruyur.

Gicitkən - kişi cinsi hormonlarının metabolizmini normallaşdırır, proliferasiyanı azaldır, sidikqovucu effekt göstərir.

Balqabaq toxumları yağının təsiri nəticəsində vəzinin sekreti lazımi özlülük alır, spermatozoidlərin hərəkətliliyi artır.

Ayı qulağı - sidikqovucu və antiseptik təsir göstərir.

Sink - kişi orqanizmində toxum kanallarında spermatozoidlərin əmələ gəlməsini aktivləşdirən xüsusi hormonun, o cümlədən testosteronun sintezində iştirak edir.

Selen spermatozoidlərə qoruyucu təsir göstərir, onların hərəkətliliyini stimullaşdırır.

 

Göstərişləri:

  • prostat vəzinin hiperplaziyası (I və II dərəcə);
  • prostatit;
  • sistit;
  • uretrit;
  • hormonal pozğunluqlar;
  • libidonun zəifləməsi.

 

Əks göstərişləri:

Prostat vəzinin bədxassəli şişləri, preparatın hər hansı bir komponentinə qarşı fərdi həssaslıq.

 

Dozalanması və istifadə qaydası:

1 kapsuldan gündə 2 dəfə yeməkdən sonra və ya yemək zamanı. Qəbul müddəti 30 gündən az olmamalıdır.

 

Buraxılış forması:

Кapsul № 30

 

İstehsalçı: 

VEFA İlac San. ve Tic. Ltd. Şti.

Azerbaycan Respublikasında rəsmi distribütor “Paşa-K” şirkəti.

Prostakaps nə üçündür? 

  1. Prostat vəzin adenomasında istifadə olunan dərmanlar
  2. Potensiya zəifliyi zamanı istifadə olunan dərmanlar
  3. Prostatit zamanı istifadə olunan dərmanlar
  4. Sidik ifrazatı xəstəliklərində istifadə olunan dərmanlar

Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow