Pensiyaya çıxmaq üçün tələb olunan qayda DƏYİŞDİ: Bundan sonra...

Azərbaycanda yaşa görə minimum pensiya təminatı almaq üçün vətəndaşlardan müəyyən məbləğdə pensiya kapitalının olması və ya ən azı 25 il sığorta stajına malik olmaları tələb olunur.
News24.az-ın öyrəndiyi məlumata əsasən, ötən il minimum pensiya kapitalı tələbi 40 min 320 manat olduğu halda, hazırda bu məbləğ 46 min 80 manata yüksəlib.
Pensiya kapitalının artırılması “Əmək pensiyaları haqqında” Qanunun tələblərinə uyğun olaraq həyata keçirilib. Həmin qanunun 29.1-1 maddəsinə əsasən, hər il fərdi şəxsi hesabda toplanmış pensiya kapitalı indeksləşdirilərək artırılmalıdır. Bu indeksləşmə istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq aparılır. 2024-cü ildə də bu prinsip tətbiq olunaraq pensiya kapitalı ölkədəki inflyasiya səviyyəsinə uyğun şəkildə artırılaraq 40 min 320 manata yüksəlmişdi.
Dövlər Sosial müdafiə Fondunun rəsmi saytında dərc olunan məlumata görə, müvafiq yaş həddinə çatmış şəxsin fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı lmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır.
Müvafiq yaş həddinə çatan şəxslər üçün pensiya hüququnun yaranması iki əsas şərtdən asılıdır:
Minimum Pensiya Kapitalı – Əgər şəxsin fərdi hesabının sığorta hissəsində toplanmış pensiya kapitalı 46 min 80 manatdan az deyilsə, həmin şəxs əmək pensiyası hüququ əldə edir.
Sığorta Stajı – Əgər pensiya kapitalı bu məbləğdən azdırsa, vətəndaşın ən azı 25 il sığorta stajına malik olması tələb olunur.
Qeyd edək ki, yuxarıda qeyd olunan şərtlər daxilində kişilərə yaşa görə əmək pensiyası təyin olunması tələb olunan yaş həddi 65 yaş, qadınlar üçün isə 64 yaş (2024-cü ilin 1 iyul tarixindən 2025-ci ilin 1 iyul tarixinədək) müəyyən edilmişdir (qadınların yaş həddinin hər il 6 ay artırılmaqla 01.07.2027-ci il tarixinədək 65 yaşa çatdırılması nəzərdə tutulmuşdur).
Bu yazını dostlarınla paylaş
saytların hazırlanması Pin up casino giriş
Bu yazıya reaksiyanız ?






