Parkinson xəstələri üçün sevindirici xəbər

Parkinson beyində dopamin hormonunun azalması ilə yaranan, hərəkət pozuntuları və əzələ sərtliyi ilə müşayiət olunan xroniki nevroloji xəstəlikdir.
Doktorm.az bildirir ki, əllərdə titrəmə, yavaş hərəkət, mimika azalması və önə əyilərək yerimə bu xəstəliyin əsas əlamətlərindəndir.
Xəstəliyin ilkin mərhələsində dərman müalicəsi effektiv olsa da, zamanla bəzi hallarda bu müalicə kifayət etmir. Bu zaman müasir üsullardan biri olan “Dərin beyin stimulyasiyası" (beyin pili) əməliyyatı tətbiq olunur. Bu metodla beynin dərinliyinə yerləşdirilən elektrodlar vasitəsilə xəstəliyə səbəb olan nahiyələrə elektrik impulsları ötürülür.
Əməliyyat lokal anesteziya ilə, pasiyent ayıq halda həyata keçirilir və yüksək dəqiqliklə yerinə yetirilir. Beyin pili ilə xəstələr əvvəlki funksiyalarına qayıda, gündəlik işlərini təkbaşına yerinə yetirə və sosial həyata dönə bilirlər.
Əməliyyat sonrası xəstələr 2-3 həftəlik nəzarət və cihazın tənzimlənmə dövründən keçirlər. Onlar müntəzəm müayinə ilə normal həyatlarına davam edə bilirlər, lakin ağır fiziki travmalardan uzaq durmaları tövsiyə olunur./Pravda.az
Əməliyyatın infeksiya və qanama riski minimaldır./news24.az
Bu yazını dostlarınla paylaş
Bu yazıya reaksiyanız ?






