Öz-özünə danışmağın faydaları – Psixoloq AÇIQLADI

Jan 18, 2025 - 12:01
 0
Öz-özünə danışmağın faydaları – Psixoloq AÇIQLADI
Öz-özünə danışmağın faydaları – Psixoloq AÇIQLADI

ABŞ-ın Viskonsin-Madison Universitetinin psixologiya professoru Qari Lupyan deyir ki, özünüzlə yüksək səslə danışmaq normaldır və hətta bəzən faydalıdır. Ekspertin fikrincə, belə vərdiş problemlərin və mürəkkəb tapşırıqların həllini asanlaşdırır. 

Doktorm.az bildirir ki, nəzəriyyəsini sübut etmək üçün Lupyan könüllülərə bir sıra təsadüfi fotoşəkillər göstərdiyi bir araşdırma aparıb və onlardan ən diqqətəlayiq əşyaları tapmağı xahiş edib.

Məlum olub ki, iştirakçılar axtarılan obyektin adını ucadan deyəndə, bunu etmədikləri ilə müqayisədə daha tez tapıblar. 

"Obyektin adını ucadan söyləmək axtarış prosesi zamanı onun vizual görüntüsünü şüurda aktiv saxlamağa kömək edir", - psixoloq nəticələri izah edib.

Bundan əlavə, Lupyanın fikrincə, öz-özünə danışmaq əlavə motivasiya verə bilər, çünki bu, insana, xüsusən də çoxlu müxtəlif hərəkətlər tələb edən bir vəziyyətdə, konkret tapşırığı yerinə yetirməyə diqqətini cəmləməyə imkan verir. /Lent.az


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow