Ovucda üzə çıxan xəstəlik əlaməti

Ovuclarda dərinin qabıqlanması və tökülməsi orqanizmin sizə verdiyi çox vacib siqnallardan biridir.

Jun 8, 2024 - 16:08
 0
Ovucda üzə çıxan xəstəlik əlaməti
Dəri xəstəliyi
Uşaq Sağlamlığı və Xəstəlikləri üzrə mütəxəssis Dr. Nazlı Əhmədova bildirir ki, bu qabıqlanmalar adətən əl, ayaq və ağızda üzə çıxır və viral infeksiyaların əlaməti ola bilir.
Həkim qeyd edir ki, xoşbəxtlikdən, bu xəstəlik adətən öz-özünə sağalır və ciddi ağırlaşmalara səbəb olmur.
“Xəstəliyin ən bariz əlamətləri qızdırma, boğaz ağrısı, iştahsızlıq, yorğunluq, eləcə də ağız və ətrafında, ovuclarda, həmçinin ayaq altlarında qabıqlanmalarla xarakterizə olunan klinik mənzərədir. Qabıqlanma və tökülmənı qırmızı, yuvarlaq səpkilər, həmçinin maye ilə dolu qabarcıqlar da müşayiət edə bilər”, - deyə həkim qeyd edib.
O diqqətə çatdırıb ki, bunlardan nümunə götürülərək xəstəliyin laborator diaqnostikasını aparmaq mümkündür.
Mütəxəssis xəstəliyin yoluxuculuğu məsələsinə də toxunub:
“Xəstələr 7-10 gün ərzində tam sağalır, bütün simptomlar yox olur. Xəstə müxtəlif növlərə yenidən yoluxa bilər. Əl, ayaq və ağızda bu cür əlamətlər üzə çıxaran viruslara qarşı qoruma təmin edə biləcək peyvənd hələlik hazırlanmayıb. Bununla belə, xəstənin yoluxmuş əşyaları ilə təmasının qarşısını almaq, təmasda olduğu əşyaların gigiyenasına riayət etməklə və müntəzəm əlləri yumaqla yoluxmanın qarşısını xeyli dərəcədə almaq olar”.
Həkim xəstəliyin adətən yüngül simptomlarla irəliləyib öz-özünə yox olduğunu vurğulayıb:
“Bu prosesdə ən vacib məsələ qidalanmadır. Müalicənin əsas hissəsini doğru qidalanma və istirahət təşkil edir. Virus infeksiyası olduğundan xəstəliyin ümumi müalicəsi simptomları aradan qaldırmağa yönəlib”.
O, evdə müalicə üsullarından çəkinməyi məsləhət görüb.
“Xəstələrə mövcud simptomları aradan qaldırmaq üçün ağrıkəsicilərdən və qızdırmasalan dərmanlardan, boğaz ağrısını azaltmaq üçün isə qarqaralardan və spreylərdən istifadə etmək tövsiyə olunur. Xəstənin olduğu otaq yaxşı havalandırılmalıdır. Xəstənin izdihamlı mühitlərdə olması tövsiyə olunmur. Çünki bu, başqalarını yoluxdura bilər. Həmçinin xəstənin simptomları pisləşə və ikincil infeksiyalara yoluxma riski yarana bilər. İçərisində maye olan səpgiləri sıxmaq və səpgilərə məlhəm sürtmək məsləhət görülmür. İstər səpgilərə çəkilən mazlar, istərsə də ağızdan qəbul edilən dərmanlar olsun, heç birinin həkim məsləhəti olmadan istifadəsi tövsiyə edilmir”, - deyə həkim qeyd edib.

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow