Ölümün yaxınlaşdığını göstərən tibbi əlamətlər

Jan 17, 2025 - 06:08
 0
Ölümün yaxınlaşdığını göstərən tibbi əlamətlər
Ölümün yaxınlaşdığını göstərən tibbi əlamətlər
Həkimlər xəstənin yaxın zamanda ölə biləcəyini göstərən bəzi əlamətlərin olduğunu bildirir.
“Doktorm.az” xəbər verir ki, əsasən reanimatoloq və onkoloqlar bu əlamətləri yaxşı bilir.
Orqanizmin həyatla ölüm arasında olduğunu bir göstəricisi xəstənin yeməkdən imtinasıdır. İştah demək olar ki, itir, aclıq hissi olmur, dadlı yemək və qoxusu ona təsir etmir. Bu o deməkdir ki, orqanizm yeməklə enerji yığmağı dayandırır.
İkinci əlamət xəstənin çox yatmasıdır. Çünki metobolik proseslər sönür, beyin yuxu ilə enerjini qənaət edir. Xəstənin huşu itmir, amma o bütün günü yatır, söhbətə gec reaksiya verir, gecəylə gündüzü bilmir.
Eləcə də həyati göstəcilər olan təzyiq, qan dəyərləri, saturasiya dəyişir. Təzyiq düşür, azalmağa doğru gedir, tənəffüs səthi olur, ürək döyüntüsü azalır, saturasiya 90-dan aşağı düşür, sidiyin rəngi tündləşir.
Digər əlamət qan dövranı o qədər azalır ki, yalnız sinə və qarın isti olur. Periferik hissələr – üz, əl-ayaq ağarır, buzlaşır, göy qırmızı ləkələrlə örtüıür.
Xəstəni danışdıranda nitqi qarışır, sözləri əlaqəsiz olur, hallüsinasiya görür, sanki kimlərləsə danışır və s.
Ölümə yaxınlaşanda ən son beyin sönür, kənar səslərə, qıcıqlandırıcılara reaksiya vermir./medicina.az

Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow