Nazir: Vətəndaş mətbəxdə diş çəkdirirsə, nazirlik buna cavabdeh ola bilməz

Feb 26, 2025 - 11:34
Feb 26, 2025 - 11:39
 0
Nazir: Vətəndaş mətbəxdə diş çəkdirirsə, nazirlik buna cavabdeh ola bilməz
Nazir: Vətəndaş mətbəxdə diş çəkdirirsə, nazirlik buna cavabdeh ola bilməz

Əgər hər hansı vətəndaş mətbəxdə diş çəkdirirsə, Səhiyyə Nazirliyi buna cavabdeh ola bilməz.

News24.az xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, hər hansı stomatoloji fəaliyyətlə bağlı Səhiyyə Nazirliyinə rəsmi müraciət olunursa, məsələ dərhal araşdırılır, həmin müəssisələrə yoxlama göndərilir:

"Bu kimi məsələlərlə bağlı cari şəkildə müraciətlər daxil olub və araşdırılır. Əgər stomatoloji fəaliyyət göstərmək üçün müvafiq sənədləri yoxdursa, həmin müəssisələr cərimələnir. Analitik Ekspertiza Mərkəzi bu istiqamətdə fəaliyyət göstərir. İqtisadiyyat Nazirliyi həmin mərkəzlə birlikdə məsələni diqqətdə saxlayır".


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow