Loroben sprey

Loroben sprey- Oral sprey - yaşıl şəffaf, şirintəhər-turş dadlı, nanə qoxulu məhluldur. 

Jun 30, 2024 - 21:33
Jun 30, 2024 - 22:50
 0
Loroben sprey
Loroben sprey

Loroben sprey

YAZININ İÇİNDƏKİLƏR
Hamısına bax

Buraxılış : Reseptsiz

İxtisas : Soyuqdəymə və qrip əleyhinə

Loroben sprey Tərkibi 

Təsiredici maddə: 30 ml spreyin tərkibində 45 mq benzidamin hidroxlorid, 36 mq xlorheksidin qlükonat vardır.

Köməkçi maddələr: polisorbat 20, sorbitol 70%, propilenqlikol, xinolin sarısı, nanə essensiyası, saxaroza, Ecocool MP, Patent V Blue, limon turşusunun monohidratı, natrium sitrat dihidrat, təmizlənmiş su.

Hər püskürtmənin tərkibində (~0,13 ml) 0,156 mq xlorheksidin qlükonat, 0,195 mq benzidamin hidroxlorid vardır.

Təsviri

Oral sprey - yaşıl şəffaf, şirintəhər-turş dadlı, nanə qoxulu məhluldur. 

Farmakoterapevtik qrupu

Ağız boşluğu xəstəliklərinin müalicəsindəyerli peroral istifadə olunan digər preparatlar.

ATC kodu: A01AD

Farmakoloji xüsusiyyətləri 

Loroben sprey nə üçündür?

Farmakodinamikası

Benzidamin – qeyri-steroid iltihabəleyhinə və ağrıkəsici maddədir, əsas təbiətli olduğuna görə digər QSİƏP-lərdən fərqlənir; lokal istifadə olunan konsentrasiyalarda yerli anesteziyaedici təsirə malikdir.

Tədqiqatlarda benzidamin, qeyri-iltihab xarakterli ağrılardan fərqli olaraq, iltihab prosesi ilə əlaqədar olan ağrılarda daha yaxşı təsir göstərmişdir. 

Xlorheksidin qrammüsbət və qrammənfi bakteriyalara, mayalara, bəzi patogen göbələklərə və virusların əksəriyyətinə qarşı effektivdir.

Xlorheksidin biquanid antiseptik olub, ağız boşluğunun gigiyenası aparılmadığı zaman dişlərdə daşların və gingivitin yaranma ehtimalının azalmasına kömək edir. 

Xlorheksidin diş ətinin qızarması, şişkinlik və qanaxma kimi gingivitin əlamətlərini azalır.Beləliklə aftoz xoraların yaranma tezliyi və periodontal əməliyyatlarından sonrakı bərpa müddətini azalır.

Benzidaminin iltihabəleyhinə təsiri hipofiz-adrenal sisteminin stimulyasiyası ilə əlaqədar deyil.

Benzidamin digər qeyri-steroid iltihabəleyhinə preparatlar kimi, prostaqlandinlərin sintezini inhibə edir, amma təsir mexanizmi sona qədər aydınlaşdırılmamışdır.

Yerli istifadə zamanı xlorheksidin dərhal bakteriostatik təsir, daha sonra isə uzunmüddətli bakterisid təsir göstərir. 

Xlorheksidin mikrob hüceyrəsinin divarına absorbsiya olunaraq və uzunmüddətli səthi təsir göstərərək, bakteriyaların artmasını ləngidir və sonradan membranını zədələyərək hüceyrəni məhv edir.

Farmakokinetikası

Sorulması

Xlorheksidin qlükonat peroral məhlulu qarqara etdikdən sonra qüman ki, sistem sorulmasına uğramır. Peroral qarqara istifadəsindən sonra dozanın təqribən 4%-i udulur və müəyyən bir qismi sorulur.Xlorheksidinin udulan dozanın 90%-i absorbsiya olunmur və nəcislə xaric olur.

Qarqara etdikdən sonra xlorheksidinin təqribən 30%-i ağız boşluğunda saxlanılır və 24 saat ərzində yavaş-yavaş ağız suyuna xaric olunur.

Benzidamin hidroxlorid iltihablı selikli qişaya absorbsiya olunaraq, iltihabəleyhinə və yerli anesteziyaedici təsir göstərir. 

Paylanması

Loroben – ağız boşluğunda yerli istifadə üçün nəzərdə tutulan dərman vasitəsidir.Sistem absorbsiya vədispersiya gözlənilmir.Bundan başqa preparatın hər iki aktiv maddələri mədə-bağırsaq traktından az dərəcədə sorulur. 

Metabolizmi        

Xlorheksidinin absorbsiya dərəcəsi minimal olduğundan plazmada onun konsentrasiyasının təyin olunması mümkün deyil.Benzidamin adətən oksidləşmə və konyuqasiya yolu ilə metabolizmə uğrayır. 

Xaricolması

Xlorheksidin orqanizmdə toplanmır və çox az miqdarda metabolizmə uğrayır.Xlorheksidinin udulan dozanın təqribən 10%-i sorulur və sonra böyrək vasitəsilə xaric olur,90%-i sorulmur və nəcislə xaric olur. Benzidamin və onun metabolitləri əsasən sidiklə xaric olur.

İstifadəsinə göstərişlər

  • Ağız boşluğu və boğazın selikli qişasında ağrı və iltihab əlamətləri ilə müşayiət olunan vəziyyətlər.
  • Gingivit, stomatit, faringit, tonzillit, aftoz pozulmalar, angina, qlossit.
  • Ağız boşluğunun gigiyenası, xəstədə udqunmanın yüngülləşdirməsi və diş əti zədələnməsi ilə bağlı simptomların aradan qaldırması.
  • Periodontal əməliyyatlardan əvvəl və sonra.
  • Kimyaterapiya, radioterapiya və başqa əməliyyatlar(məs., traxeyanın intubasiyası) nəticəsində ağız boşluğunda baş verən iltihab prosesləri.
  • Diş ərpinin azaldılması və qarşısının alınması.

Loroben sprey Əks göstərişlər

Benzidaminə, xlorheksidinə və ya preparatın tərkibində olan digər komponentlərdən hər hansı birinə qarşı yüksək həssaslıq. 
Hamiləlik və laktasiya dövrü.

Xüsusi göstərişlərvə ehtiyat tədbirləri

Yalnız xaricə istifadə üçün nəzərdə tutulmuşdur.

Klinik tədqiqatların kifayət qədər mövcud olmadığından Loroben oral sprey6 yaşdan kiçik uşaqlarda tövsiyə olunmur.

Yalnız ağız boşluğu üçün istifadə etmək lazımdır, göz və qulaq ilə təmasdan çəkinmək lazımdır.Təsadüfən gözlərə düşərsə onlar su ilə yaxşıca yuyulmalıdır.

Ağız boşluğunda, dildə və dişlərdə geriyə dönən ləkələr əmələ gətirə bilər.

Loroben oral spreyi udmaq olmaz, istifadəsindən sonra ağız boşluğundan xaric olunmalıdır.

Boğaz ağrısı bakterial infeksiya ilə əlaqəli olunarsa, Lorobenpreparatına əlavə olaraq antibakterial müalicə də təyin oluna bilər.

Benzidamin və onun metabolitləri sidiklə xaric olduğuna görə ağır böyrək çatışmazlığı olan xəstələrdə sistem absorbsiyasının yaranma ehtimalı nəzərə alınmalıdır.

Benzidamin qaraciyərdə aktiv metabolizmə uğradığı üçün, ağır qaraciyər çatışmazlığı olan xəstələrdəsistem absorbsiyasının yaranma ehtimalı nəzərə alınmalıdır.

Loroben oral spreyin tərkibində sorbitol vardır, buna görə fruktozaya dözülməzliyi sindromu kimi nadir irsi xəstəlikləri olan xəstələrdə bu preparat istifadə olunmamalıdır. 

Loroben oral spreyin tərkibində propilenqlikol vardır, amma istifadə qaydasına görə hər hansı bir xüsusi göstəriş tələb olunmur. 

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Xlorheksidin 

Xlorheksidin duzları, sabun və anion birləşmələri ilə uyuşmazdır.

Xlorheksidin duzları, kation və ionlaşmamış səthi substansiyalar ilə uyuşa bilər, halbuki yüksək konsentrasiyalarda birgə istifadədə xlorheksidinin miseliylə bağlanmasına görə aktivliyi azalır.

Setrimid və lissapol NX kimi, səthi aktiv maddələr preparatın həll olunmasını artıra bilər.

Natrium alginat, natrium karboksimetilsellüloza, ərəbistan kitrəsi, nişasta kimi anion polielektrolitləri ilə uyuşmazdır; eyni zamanda istifadəsi effektivliyi azaldır.

Brilyant yaşıl, xloramfenikol, natrium flüoressin, formaldehid, gümüş nitrat, sink sulfat, mis sulfat ilə uyuşmazdır.

Cod suda həllolma zamanı kalsium və maqnezium kationları ilə qarşılıqlı təsiri nəticəsində həll olunmayan duzlar şəklində çöküntü əmələ gətirə bilər.

Əgər benzoatlarla, bikarbonatlarla, karbonatlarla, boratlarla, nitratlarla, fosfatlarla, sulfatlarla birləşməsi nəticəsində xlorheksidin duzlarının konsentrasiyası 0,05%-dən çox olarsa, zəif həll olan duzlar şəklində çöküntü əmələ gəlir. Setrimid belə duzların həll olmasını artırdığı üçün çöküntülərin əmələ gəlməsinin qarşısını alır.

Xlorheksidin qlükonatla setrimidin və benzalkonium xloridin eyni zamanda istifadəsi bakterisid təsirin aktivliyini sinergik artırmış olur. Xlorheksidin qlükonatla setrimidin və benzalkonium xloridin birgə istifadə zamanı bakterisid təsiri sinergik olaraq artır.Setrimid xlorheksidinin cod suda çökməsinin qarşısını alır. 

Xlorheksidin və onun duzları, xlorheksidin-qlükonatdan başqa, su ilə müqayisədə spirtdə daha yaxşı həll olurlar. Xlorheksidin qlükonat məhluluna spirt qatıldıqda çöküntü verir. Benzidaminlə dərmanların qarşılıqlı təsiri barədə məlumat yoxdur.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik və laktasiya dövründəLoroben preparatın istifadəsi əks göstərişdir.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Nəqliyyat vasitələrini və digər mexanizmləri idarəetmə qabiliyyətinə təsiri müşahidə olunmamışdır.

Loroben sprey İstifadə qaydası və dozası 

İstifadə qaydası 

Birinci istifadədən əvvəl üzdən uzaq tutmaq şərtilə müntəzam axıntı əldə edənə qədər sprey applikatorunu bir neçə dəfə sıxmaq lazımdır.

Ağızı geniş açaraq applikatorun ucluğunu qaldırmaq və ağız boşluğunda rahat yerləşdirdikdən sonra sıxmaq lazımdır. Püskürtməni ən azı 4 dəfə müxtəlif yerlərə təkrar etmək lazımdır.

İstifadəsindən sonra sprey flakonunu şaquli vəziyyətdə saxlamaq lazımdır.

Ağız boşluğunun gigiyenası üçün istifadə olunduqda, Loroben oral spreyi 1 dəqiqədən az olmayaraq ağızda saxlamaq lazımdır.

Xlorheksidinin əmələ gətirdiyi ləkələrin qarşısını almaq məqsədi ilə preparatın istifadəsindən əvvəl dişləri fırçalamaq lazımdır.

Məhlulu udmaq olmaz. İstifadədən sonra məhlulu ağızdan xaric etmək lazımdır.

Böyüklər 

Adətən boğaza / iltihab ocağına 5-10 püskürtmə edilir. Ehtiyac olduqda hər 1,5-3 saatdan bir təkrar edilir.                                                                                                                                                                                

Xüsusi qrup xəstələrə dair əlavə məlumat

Böyrək/Qaraciyərçatışmazlığı

Benzidamin hidroxlorid qaraciyərdə aktiv metabolizmə uğradığı üçün, ağır qaraciyər çatışmazlığı olan xəstələrdəsistem absorbsiyasının yaranma ehtimalı nəzərə alınmalıdır.

Benzidamin və onun metabolitləri sidiklə xaric olduğuna görə ağır böyrək çatışmazlığı olan xəstələrdə sistem absorbsiyasının yaranma ehtimalı nəzərə alınmalıdır.

Uşaqlar

6 yaşdan böyükuşaqlara Loroben sprey boğaza və ya iltihab ocağına püskürtülür. 

Adi doza 5 püskürtmə təşkil edir. Ehtiyac olduqda hər 1,5-3 saatdan bir təkrar edilir.                                                                                                                                                                                 

Kifayət qədər klinik tədqiqat mövcud olmadığından 6 yaşdan kiçik uşaqlarda Loroben spreyin istifadəsi tövsiyə edilmir.

Yaşlı xəstələr

Yaşlı xəstələrdə böyüklərdəki kimi doza istifadə edilə bilər.

Əlavə təsirləri 

Loroben adətən yaxşı dözümlənir və onun əlavə təsirləri azdır.

  • Rastgəlmətezliyi:çox tez-tez (≥1/10); tez-tez ( ≥1/100-dən <1/10-dək); bəzən (≥1/1000-dən <1/100-dək); nadir (≥1/10000-dən <1/1000-dək); çox nadir (<1/10000); məlumolmayan tezlikdə (mövcud məlumatlar başvermə tezliyini müəyyən etmək üçün kifayət deyil).
  • İmmun sistemə
  • Çox nadir: allergik reaksiyalar, hiperhəssaslıq və anafilaksiya.     
  • Endokrinsistemə
  • Çox nadir: qulaqyanı vəzilərdə keçici şişkinlik.
  • Sinir sisteminə
  • Çox tez-tez: ağız boşluğunda hissiyatın keçici itirilməsi
  • Tez-tez:ağız boşluğundasancma və göynəmə hissi
  • Məlumolmayan tezlikdə: başgicəllənmə, basağrısı, yuxululuq.
  • Tənəffüs sisteminə, döş qəfəsi və divararası orqanlarına
  • Çox nadir: laringospazm, bronxospazm
  • Məlumolmayan tezlikdə: boğazda qıcıqlanma, öskürək.
  • Həzm sisteminə
  • Tez-tez:ağız boşluğundakeyləşmə hissi, ürəkbulanma, qusma
  • Məlumolmayan tezlikdə:ağızda quruluq.
  • Dəri və dərialtı piy toxumasına
  • Çox nadir: dəri reaksiyaları ilə bağlı qıcıqlanma, səpgi ilə müşayiət olunan qaşınma, övrə, fotodermatit, ağız boşluğunda qabıq verməsi.    
  • Ümumi pozulmalar və yerli reaksiyalar
  • Tez-tez:dad qabiliyyətinin dəyişməsi, dişlərdə və ağız boşluğunun digər səthlərində ləkələrin əmələ gəlməsi; dişlərdə ləkələrin əmələ gəlməsi zərərsizdir və preparatınistifadəsindən əvvəl dişləri fırçalamaqla həmin əlavə təsirinin yaranma ehtimalını minimuma endirmək olar
  • Çox nadir: ağız boşluğunda quruluq və ya susuzluq hissi, ağrı, təravət hissi.

Doza həddinin aşılması

İstifadə qaydasını nəzərə alaraq, artıq dozalanma mümkün deyil. Təsadüfən yüksək dozada udularsa, simptomatik və dəstəkləyici müalicə aparılmalıdır. Spesifik antidotu yoxdur.

Buraxılış forması

Loroben oral sprey, ağ flakonda. 1 aplikatorlu flakon (30 ml) içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

25 °C-dən yüksək olmayan temperaturda, öz qutusunda, qaranlıq vəuşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

2 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.             

Aptekdən buraxılma şərti

Reseptsiz buraxılır.

Loroben sprey qiyməti

Dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. 

Ən gözəli budur ki, Doktorm.az  Platforması  ilə əməkdaşlıq edən Apteklərdən sərfəli qiymətə ala bilərsiniz.

İstehsalçı

Drogsan İlaçları San. ve Tic. A. Ş.

06760 Çubuk, Ankara, Türkiyə

Aid olduğu kateqoriyalar

  1. Öskürək əleyhinə vasitələr
  2. Bakterial xəstəliklər əleyhinə vasitələr
  3. Ağız boşluğu xəstəlikləri zamanı istifadə olunan vasitələr
  4. Angina, faringit, laringit zamanı istifadə olunan vasitələr

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow