Lassa qızdırmasından 21 nəfər ÖLDÜ - Bu ölkədə

Nigeriyanın cənubundakı Edo əyalətinin səhiyyə rəsmisi Dr. Cozef Okoeqale epidemiyanın 21 nəfərin ölümünə səbəb olduğunu bildirib.
Doktorm.az News24.az-a istinadən xəbər verir ki, bu il ölkə daxilində 170-dən çox insan Lassa qızdırması səbəbindən dünyasını dəyişib. Hökumət xəstəliyin müalicəsi üçün üç dərmanın müəyyən edildiyini açıqlayıb.
Qeyd edək ki, Lassa qızdırması ilk dəfə 1969-cu ildə Nigeriyanın şimal-şərqindəki Borno əyalətində aşkar edilib. Xəstəlik siçan nəcisi ilə ötürülür və insandan insana keçə bilər. Səlahiyyətlilər əhalini siçan və digər gəmiricilərlə təmasdan çəkinməyə çağırır.
Bu yazını dostlarınla paylaş
saytların hazırlanması Pin up casino giriş
Bu yazıya reaksiyanız ?






