KT və MRT müayinəsinin QİYMƏTİ AÇIQLANDI

May 10, 2025 - 09:48
 0
KT və MRT müayinəsinin QİYMƏTİ AÇIQLANDI
KT və MRT müayinəsinin QİYMƏTİ AÇIQLANDI

KT və MRT müayinəsinin qiyməti 10-24 manat aralığında olacaq.

Musavat.com xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nümayəndəsi Sevil Əliyeva bildirib.

O qeyd edib ki, tibbi xidmətin tarifi üzrə qalan məbləğ isə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən qarşılanacaq. Nümunə olaraq qeyd edək ki, ambulator tibbi xidmətlər üzrə MRT və KT müayinələrinin tarifləri nahiyədən asılı olaraq 50-120 manat arası dəyişir. 50 manat olan xidmətlərdə müştərək maliyyələşmə məbləği 10 manat, 120 manat olanlarda isə 24 manat olacaq. Qeyd edək ki, müştərək maliyyələşmə məbləği ƏDV-yə cəlb olunur.

Xatırladaq ki, bir neçə gün əvvəl Baş nazir Əli Əsədov bununla bağlı müvafiq qərar imzalayıb. Dəyişikliklə sığortaolunan ixtisaslı həkimin göndərişi əsasında tibbi göstərişi olan, ambulator şəraitdə göstərilən MRT (maqnit-rezonans tomoqrafiyası) və KT (kompüter tomoqrafiyası) xidmətinə görə hər müraciət üçün bu tibbi xidmətlər üzrə tarifin 20 faizi müştərək maliyyələşmə məbləği hesabına ödəniləcək. 


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow