Krem, gel və şampunlardakı bu maddələr xərçəng yaradır - SİYAHI

Süd vəzi xərçəngi ilə bağlı dünyanın məşhur xeyriyyə təşkilatı krem və şampunlardakı bu xəstəliyi yaradan zərərli maddələri açıqlayıb.
Doktorm.az xəbər verir ki, xeyriyyə təşkilatının açıqlamasında şampun və kremlərin tərkibindəki maddələrin insanın hormon sisteminə təsiri nəticəsində xərçəng xəstəliyini yaratma riski qeyd olunub.
"Breast Cancer UK" təşkilatının açıqlamasına görə milyonlarla qadının gündəlik istifadə etdiyi bəzi şəxsi qulluq məhsulları - məsələn, şampunlar və üz kremləri - döş xərçəngi riskini artırır.
Məlumatda qeyd olunur ki, bir çox istehlakçı bu məhsullarda tək halda zərərsiz görünən maddələrin birlikdə istifadə olunduqda dəri üzərində hormonal sistemi pozan kimyəvi maddələrə (EDC-lərə) çevrilə biləcəyindən xəbərsizdir.
"Breast Cancer UK" artıq zərərli hesab olunan bəzi kimyəvi maddələrin siyahısını və bu maddələrin hansı məhsullarda olduğunu açıqlayıb ki, qadınlar özlərini daha yaxşı qoruya bilsinlər.
Ən çox hormonal pozucu maddə - EDC - makiyaj və dırnaq laklarında tapılıb. Bu maddələr qadın hormonu olan estrogeni təqlid edərək orqanizmdə hormonal tarazlığı poza bilir.
Təşkilatın məlumatına görə, bu məhsullarda üç əsas təhlükəli kimyəvi maddədən azı ikisi olur: parabenlər, ftalatlar və süni ətirlər.
Ftalatlar əsasən dırnaq lakı, şampun və saç spreylərində olur və plastikləri möhkəmləndirmək üçün istifadə olunur. Amma kosmetik məhsullarda dəridən orqanizmə keçərək təbii hormonların - məsələn, estrogen və testosteronun - ifrazını və təsirini poza bilər. Bu da döş xərçəngi riskini artırır.
Xeyriyyə təşkilatı bildirir ki, bu zərərli maddələr çox vaxt məhsulun tərkibində "ətir" və ya "fragrance/parfum" adı ilə gizlədilir, çünki bu kimyəvilər qoxunun daha uzun müddət qalması üçün əlavə olunur.
Bu maddələr tək halda az miqdarda zərərsiz görünə bilər, lakin gündəlik olaraq bir neçə məhsulun birlikdə istifadəsi bu maddələrin birləşərək orqanizmə daha ciddi təsir etməsinə səbəb ola bilər. Breast Cancer UK qadınlara bu maddələri ehtiva edən məhsullardan uzaq durmağı və etiketləri diqqətlə oxumağı tövsiyə edir.
Makiyaj və Dırnaq Lakı:
-
Methylparaben
-
Ethylparaben
-
Propylparaben
-
Butylparaben
-
Cyclohexasiloxane
-
Cyclopentasiloxane
-
Cyclotetrasiloxane
-
Sodium hydroxymethylglycinate
-
2-bromo-2 nitropropane-1,3-diol
-
5-bromo-5-nitro-1,3-dioxane
-
Benzylhemiformal
-
Diazolidinyl urea
-
DMDM hydantoin
-
Imidazolidinyl urea
-
Methenamine
-
BHA
-
BHT
-
Fragrance / Parfum
-
Glyoxal
Dodaq boyası (Lipstick):
-
BHT
Kremlər və nəmləndiricilər:
-
benzophenone-3
-
benzophenone-4
-
ethylhexyl dimethyl PABA
-
ethylhexyl methoxycinnamate
-
4-methylbenzylidene camphor
-
homosalate
-
Octocrylene
-
Methylparaben
-
Ethylparaben
-
Propylparaben
-
Butylparaben
-
Cyclohexasiloxane
-
Cyclopentasiloxane
-
Cyclotetrasiloxane
Saç spreyi və boyası:
-
Parfum / Fragrance
-
Acetyl hexamethyl tetralin (AHTN / tonalide)
-
Benzyl salicylate
-
Musk ketone
-
Musk xylene
-
Diethyl phthalate
-
Hexamethylindanopyran (galaxolide)
Sabun və bədən yuyucuları:
-
Triclosan
-
Triclocarbon
-
Fragrance / Parfum
Şampun və kondisioner:
-
Triclosan
-
Triclocarbon
-
Fragrance / Parfum
- /milli.az
Bu yazını dostlarınla paylaş
saytların hazırlanması Pin up casino giriş
Bu yazıya reaksiyanız ?






