Körpəniz tez-tez qusursa, səbəb düşündüyünüzdən fərqli ola bilər

May 16, 2025 - 11:16
 0
Körpəniz tez-tez qusursa, səbəb düşündüyünüzdən fərqli ola bilər
Körpəniz tez-tez qusursa, səbəb düşündüyünüzdən fərqli ola bilər

Körpəniz daim qusursa, səbəb sizin düşündüyünüz kimi olmaya bilər.

Doktorm.az xəbər verir ki, Uşaq Sağlamlığı və Xəstəlikləri Mütəxəssisi Dr. Kadir Ömər Çətin körpələrdə reflü ilə bağlı vacib açıqlamalar verib. O, bu vəziyyətin çox vaxt fizioloji səbəblərlə əlaqəli olduğunu və əksər hallarda müalicəyə ehtiyac olmadığını bildirib.

Reflü nədir?
Qastroezofageal reflü - mədə möhtəviyyatının qida borusuna geri axması vəziyyətidir. Körpələrdə bu vəziyyətin yaranmasına bir neçə əsas səbəb var:

Aşağı özofagus sfinkterinin (qida borusu qapağının) hələ inkişaf etməmiş olması

Ana südü və formulalarla maye əsaslı qidalanma

Uzun müddət uzanma vəziyyətində qalmaq

Kiçik mədə tutumu və həddindən artıq qidalanma

Erkən doğulmuş körpələrdə həzm sisteminin yetişməməsi

İnək südü zülalına qarşı allergiya

Sürətli və ya çox qidalandırma

Nə zaman narahat olmalı?
Dr. Çətinə görə, fizioloji səbəblərlə baş verən reflü əlamətləri adətən körpənin 12-18 ayına qədər azalır. Lakin aşağıdakı hallarda mütləq həkimə müraciət edilməlidir:

Daimi və şiddətli qusma

Kökəlməmək və ya arıqlamaq

Qidalanma zamanı ağlama və narahatlıq

Udma zamanı çətinlik

Tez-tez öskürək və ya xırıltı

Pis ağız qoxusu və tüpürcəyin artması

Başın arxaya atılması kimi qeyri-adi davranışlar

Mütəxəssis valideynləri xəbərdar edərək bildirir ki, "Əgər bu simptomlar davamlıdırsa, sadəcə böyümə ilə keçəcəyini gözləmək doğru deyil. Diaqnoz və müalicə üçün həkimə müraciət vacibdir."/milli.az


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow