Klavera Tablet

Klavera Tablet uzunsov, ağ rəngli, bir qədər qabarıq, iysiz, homogen, bir tərəfində"DEVA"basma yazılı, digər tərəfində bölmə xətti olan örtüklü tabletlərdir.

Jun 30, 2024 - 20:23
Jun 30, 2024 - 20:37
 0
Klavera Tablet
Klavera Tablet

Klavera tablet

YAZININ İÇİNDƏKİLƏR
Hamısına bax

Buraxılış : Reseptli

İxtisas : Antimikrob

Beynəlxalq patentləşdirilməmiş adı: Аmoxicilline/Сlavulanic acid

Klavera Tablet Тərкibi

Təsiredici maddə: 1 tabletin tərkibində 875 mq amoksisillin (amoksisillin trihidrat şəklində), 125 mq klavulan turşusu (kalium klavulanat şəklində) 

Köməkçi maddələr: natrium nişasta qlikolyatı, mikrokristallik sellüloza, kolloidal silisium dioksid, susuz  kolloidal silisium dioksid, maqnezium stearat; Opadry 04-F-28791 ağ (hidroksipropilmetilsellüloza, titan dioksid, polietilenqlikol 4000, polietilenqlikol 6000).

Təsviri

Uzunsov, ağ rəngli, bir qədər qabarıq, iysiz, homogen, bir tərəfində"DEVA"basma yazılı, digər tərəfində bölmə xətti olan örtüklü tabletlərdir.

Farmakoterapevtik qrupu 

Geniş təsir spektrinə malik penisillin qrupu antibiotiki (amoksisillin) ilə beta-laktamazanın inhibitorundan (klavulan turşusu) ibarət olan kombinəolunmuş preparat.

АТС коdu: J01CR02

Farmakoloji xüsusiyyətləri

Klavera Tablet nə üçündür?

Amoksisillin, bir çox qrammüsbət və qrammənfi mikroorqanizmlərə qarşı geniş bakterisid təsir spektrinə malik yarımsintetik antibiotikdir. 

Amoksisillin beta-laktamazalar tərəfindən dağılmağa məruz qalır və buna görə də bu fermentləri hasil edən mikroorqanizmlərə qarşı fəallıq göstərmir.Klavulan turşusu quruluşca penisillinlərə bənzər olaraq, adətən penisillin və sefalosporinlərə rezistent mikroorqanizmlər tərəfindən hasil edilən fermentlər – beta-laktamazaların geniş spektrini inaktivləşdirməyə malikdir. Klavulan turşusu qazanılmış dərman rezistentliyi ilə əlaqəli klinik əhəmiyyətli beta-laktamazalara qarşı xüsusilə aktivdir. 

Tərkibində eyni zamanda amoksisillin və klavulan turşusunun mövcudluğu amoksisillini dağıdan və yararsız hala gətirən beta-laktamaza hasil edən mikroorqanizmlərlə törənən infeksiyalara qarşı preparatın fəallığını təmin edir.Beləliklə, geniş antibakterial təsir spektrinə malik amoksisillinin təsir spektri daha da genişlənir (amoksisillinə, digər penisillinlərə və sefalosporinlərə davamlı olan bir çox bakteriyalara qarşı təsiri daxil olmaqla). Buna görə də Klavera™ BİD geniş təsir spektrinə malik antibiotik və beta-laktamaza inhibitoru xüsusiyyətlərinə malikdir.

Farmakodinamikası

Adətən həssas növlər:Aerob qrammüsbət mikroorqanizmlər: Bacillus anthracis,Enterococcus faecalis, Listeria monocytogenes, Nocardia asteroides, Staphylococcus aureus(metisillinə həssas)B, Streptococcus agalactiae*3,

Streptococcus pyogenes*3 və digər beta-hemolitik streptokokklar*3,Streptococcus viridansqrupu, Staphylococcus saprophyticus(metisillinə həssas), koaqulaza-mənfi stafilokokklar (metisillinə həssas);

Aerob qrammənfi mikroorqanizmlər: Bordetella pertussis, Haemophilus influenzae1, Haemophilus parainfluenzae, Helicobacter pylori, Moraxella catarrhalis*, Neisseria gonorrhoeae, Pasteurella multocida,

Vibrio cholera; Digər mikroorqanizmlər: Borrelia burgdorferi,Leptospira ictterohaemorrhagiae, Treponema pallidum; Anaerobqrammüsbət mikroorqanizmlər: Clostridiumspp., Peptococcus niger, Peptostreptococcus magnus, Peptostreptococcus micros, Peptostreptococcusspp.; Anaerobqrammənfi mikroorqanizmlər: Bacterodies fragilis, Bacteroidesspp., Capnocytophagaspp.,Eikenella corrodens, Fusobacterium nucleatum, Fusobacteriumspp.,Porphyromonas spp., Prevotellaspp.. Qazanılmış rezistenlik kimi problemi ola bilən növlər: Aerob qrammənfi mikroorqanizmlər:Escherichia coli*, Klebsiella oxytoca, Klebsiella pneumoniae*,

Klebsieallaspp., Proteus mirabilis, Proteus vulgaris, Proteusspp., Salmonellaspp.,Shigella spp.; Aerob qrammüsbət mikroorqanizmlər: Corynebacteriumspp., Enterococcus faeciumA,Streptococcus pneumoniae*3,2,

Viridans group streptococcus3. Təbii rezistentliyi olan orqanizmlər: Aerob qrammənfi mikroorqanizmlər: Acinetobacterspp., Citrobacter freundii, Enterobacter spp.,Hafnia alvei,Legionella pneumophila,Morganella morganii,Providencia spp., Pseudomonasspp., Serratiaspp.,Stenotrophomas maltophilia,Yersinia enterolitica; Digər mikroorqanizmlər: Chlamydia pneumoniae, Chlamydia psittaci, Chlamydiaspp.,Coxiella burnetii, Mycoplasma pneumoniae, Mycoplasmaspp..

AQazanılmış rezistentlik mexanizmi olmadıqda təbii orta həssaslıq.

BMetisillinə rezistent olan bütün stafilokokklar amoksisillin/klavulanata da rezistentdir.

110%-dən çox tezliyində Avropa Birliyinin ölkələrində azalmış həssaslığı haqqında bildirilən ştammlar.

2Penisillinə rezistent olan Streptococcus pneumoniaeamoksisillin/klavulanat ilə müalicə olunmamalıdır.

3Beta-laktamaza hasil etməyən amoksisillinə həssas olan orqanizmləramoksisillin/klavulanata da həssas ola bilər.

*Klinik tədqiqatlarda amoksisillin/klavulanatın effektivliyi müəyyən edilmişdir.

Farmakokinetikası

Sorulması

Daxilə qəbul edildikdə hər iki komponent – amoksisillin və klavulan turşusu – tez və tamamilə sorulur. Hər iki komponentlərin farmakokinetikası eynidir.Plazmada maksimal konsentrasiyaya 1 saatdan sonra çatır. Amoksisillin və klavulan turşusu az miqdarda qan zülalları ilə birləşir; təqribən 70% plazmada sərbəst şəkildə tapılır. 

Paylanması

Təqribən 18% amoksisillin və 25% klavulan turşusu plazma zülalları ilə birləşir. Görünən paylanma həcmi amoksisillin üçün 0,3-0,4 l/kq, klavulan turşusu üçün 0,2 l/kq təşkil edir. 

Biotransformasiya

Amoksisillin qismən metabolizmə uğrayır, klavulan turşusu isə intensiv metabolizə olunur. 

Xaric olunması

Sağlam şəxslərdə amoksisillin/klavulan turşusunun orta yarımxaricolma dövrü təqribən 1 saat, orta ümumi klirens isə təqribən 25 l/saat təşkil edir. 

Klavera BİD 250 mq/125 mq və ya 500 mq/125 mq tabletlərin daxilə qəbulundan sonra ilk 6 saat ərzində amoksisillinin təqribən 60-70%-i, klavulan turşusunun isə təqribən 40-65%-i dəyişilməmiş şəkildə sidiklə xaric olunur.

Probenesidlə birgə qəbulu amoksisillinin xaric olmasını ləngidir, lakin klavulan turşusunun böyrəklərlə xaric olunmasına təsir etmir.

İstifadəsinə göstərişlər

Klavera BİD aşağıda sadalananamoksisillinə davamlı beta-laktamazalar hasil edən ştammlar tərəfindən törədiləninfeksiyaların müalicəsi üçün istifadə olunur: 

  • Yuxarı tənəffüs yollarının infeksiyaları (o cümlədənLOR–orqanların infeksiyaları): tonzillit, sinusit, orta otit
  • Aşağı tənəffüs yollarının infeksiyaları (o cümlədən xronik bronxitin kəskinləşməsi, pnevmoniya)
  • Sidik-cinsiyyət sisteminin infeksiyaları(o cümlədənsistit, uretrit, pielonefrit, qadın cinsi orqanlarının infeksiyaları, süzənək)
  • Dəri və yumşaq toxumaların infeksiyaları (o cümlədən sellülit,heyvanların dişləməsi)
  • Odontogen infeksiyalar(o cümlədəndentoalveolyar abses)
  • Sümük və oynaqların infeksiyaları(o cümlədənosteomiyelit)
  • Digər: septik abort, doğuşdan sonrakı infeksiyalar.

Klavera Tablet Əks göstərişlər

Anamnezdə penisillinlər və sefalosporinlər kimi beta-laktam antibiotiklərə və ya preparatıntərkibindəkikomponentlərdən hər hansı birinə qarşı yüksək həssaslıq.  

Anamnezdəamoksisilin/klavulan turşusu və ya penisillindən istifadəsi ilə əlaqəli sarılıq/qaraciyər çatışmazlığı.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Müalicəni başlamazdan əvvəl xəstənin anamnezində penisillin, sefalosporin və digər allergenlərə qarşı hiperhəssaslıq reaksiyaları haqqında əsaslı olaraq məlumat toplamaq vacibdir.Penisillinlərlə müalicə zamanıciddi, hətta tək-tək hallarda ölümlə nəticələnən hiperhəssaslıq (anafilaktoid) reaksiyalarıhaqqında məlumat verilmişdir.Belə tip reaksiyalar anamnezdə penisillinlərə yüksək həssaslığı olan şəxslərdə daha tez-tez rast gəlinir.

Ağır anafilaktik reaksiyalaradrenalinin istifadəsi ilə təxirəsalınmaz tədbirlər tələb edir. Göstərişlərlə oksigen, venadaxili kortikosteroidlərin yeridilməsi və intubasiya tələb oluna bilər. 

Amoksisillindən istifadəsi ilə əlaqəli qızılcaya bənzər səpgi müşahidə olunduğundan infeksion mononukleoza şübhə olduqda Klavera  BİD ilə müalicədən çəkinmək lazımdır.

Klavera BİD iləuzunmüddətli istifadəsinadir hallarda rezistent orqanizmlərin çoxalmasına səbəb ola bilər.     

Klavera BİD və peroral antikoaqulyantlar qəbul edən xəstələrdə nadir hallarda protrombin və qanaxma müddətinin uzanması haqqında məlumat verilmişdir.Göstərilən preparatları eyni zamanda istifadə edən xəstələr müvafiq nəzarət altında saxlanılmalıdır. Antikoaqulyantların lazımi səviyyəsini saxlamaq üçün daxilə qəbul edilən dozaların tənzimlənməsinə ehtiyac ola bilər. 

Bəzi xəstələrdə Klavera  BİD preparatının istifadəsi zamanı qaraciyərin funksional testlərində dəyişikliklər müşahidə olunur.Bu dəyişikliklərin klinik əhəmiyyəti məlum deyil, lakin Klavera  BİD preparatı qaraciyərfunksiyalarının pozulması zamanı ehtiyatla istifadə olunmalıdır. 

Nadir hallarda ağır ola bilən, lakin dönən xolestatik sarılıq haqqında məlumat verilmişdir.Bu zamansimptomların müalicə tamamlandıqdan sonra 6 həftə ərzində meydana çıxa biləcəyini nəzərdə saxlamaq vacibdir. Böyrək funksiyasının çatışmazlığı olan xəstələrdə Klavera™ BİD preparatının istifadəsi çatışmazlığının dərəcəsindən asılı olaraq tənzimlənməlidir. Sidiyin ləngiməsi olan, əsasən parenteral müalicə alan xəstələrdə çox nadir hallarda kristalluriya müşahidəolunmuşdur. Yüksək dozalarda amoksisillinin tətbiqi zamanı mümkün amoksisillin kristalluriyanı azaltmaq üçün adekvat məhlulun qəbulu və sidiyin xaricolunmasını saxlamaq tövsiyə olunur.

Amoksisillindaxil olmaqla, bütün antibakterial preparatlardan istifadə zamanı antibiotiklə bağlı kolit haqqındabildirilmişdirvə yüngül dərəcəlikolitdən həyatüçüntəhlükəlikolitə qədər dəyişkənlik göstərə bilər.

Bütün antibiotiklərlə müalicə ərzində və ya müalicədən sonra diareya mövcud olan xəstələrdə həmin diaqnoz haqqında düşünülməsi vacibdir.Antibiotiklə bağlı kolitmüşahidə olunduqda preparatın istifadəsi dərhal dayandırılmalı və müvafiq müalicə başlanmalıdır. Belə halda peristaltika əleyhinə dərman vasitələr əks göstərişdir. Amoksisillinlə müalicə ərzində qlükozanın sidikdə təyin edilməsi üçün qeyri-enzim qlükoz oksidaza üsulundan istifadə zamanı yanlış müsbət cavabın ehtimalından enzim qlükoz oksidaza üsulu tətbiq olunmalıdır.

Klavera BİDpreparatın tərkibində klavulan turşusunun mövcud olması İg G və albuminin eritrositlərin membranasına qeyri-spesifik bağlanmasına və buna görə Kumbs testin yanlış müsbət cavabına səbəb ola bilər.

Klavera BİDpreparatınhər dozada 23 mq-dan (1 mmol-dan) az natrium var; yəni əhəmiyyət kəsb etməyəcək qədər az miqdardadır.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri 

Probenesid

Probenesid amoksisillinin böyrək kanalcıq sekresiyasını azaldır. Klavera   BİD preparatı ilə birgə qəbulu zamanı amoksisillinin plazmada konsentrasiyası arta bilər, klavulan turşusunun isə yox. Bu səbəbdən Klavera BİD preparatının probenesidlə birgə qəbulu tövsiyə edilmir. 

Allopurinol

Amoksisillinlə müalicə müddətində allopurinolun istifadəsi allergik dəri reaksiyalarının yaranma ehtimalını artıra bilər. Klavera  BİD ilə allopurinolun eyni zamanda istifadəsi haqqında məlumat mövcud deyil. 

Peroral kontraseptivlər

Digər antibiotiklər kimi Klavera  BİD aşağı estrogen reabsorbsiyasına səbəb olan bağırsaq florasına təsir göstərə bilər və kombinəolunmuş peroral kontraseptivlərin təsirini azalda bilər.

Peroral antikoaqulyantlar

Ədəbiyyatda asenokumarol və ya varfarin ilə eyni zamanda amoksisillin ilə müalicəni alan xəstələrdə qanaxma vaxtının uzanması halları haqqında bildirilmişdir. Həmin preparatlardan birgə istifadəsinə ehtiyac olduqda protrombin və qanaxma vaxtı ciddi nəzarət altında saxlanmalıdır. Bundan başqa, peroral antikoaqulyantların doza tənzimlənməsinə ehtiyac ola bilər.

Metotreksat

Penisillinlər metotreksatın xaricolunmasını azalda bilər və toksikliyin yaranma ehtimalını artıra bilər.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik 

Hamilə qadınlarda istifadəsinə dair təcrübə məhdud olduğundan bütün digər dərman vasitələrində olduğu kimi, əgər həkim zəruri bilmirsə, istifadəsindən çəkinmək lazımdır, xüsusən də ilk trimestrdə.

Laktasiya

Preparatın hər iki təsiredici maddə ana südünə keçir. Laktasiya dövründə amoksisillin/klavulan turşusu yalnız ehtimal olunan fayda potensial riskdən üstün olduqda istifadə olunmalıdır.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Nəqliyyat vasitələri və mexanizmləri idarəetmə qabiliyyətinə mənfi təsiri haqqında məlumat yoxdur.Buna baxmayaraq istifadə zamanı ehtimal olunan əlavə reaksiyalar (allergik reaksiyalar, başgicəllənmə, qıcolmalar kimi) nəqliyyat vasitələri və mexanizmləri idarəetmə qabiliyyətinə təsir göstərə bilər.  

Klavera Tablet İstifadə qaydası və dozası

Tabletlər bütöv çeynənilmədən udulur. Ehtiyac olarsa tabletlər iki hissəyə bölünərək çeynənilmədən udula bilər. Mədə-bağırsaq traktı tərəfindən əlavə təsirlərin yaranma ehtimalını azaltmaq üçün qida qəbulunun əvvəlində tətbiq olunmalıdır. Preparatın sorulması yeməkdən əvvəl qəbul edildikdə artır.Müalicə müddəti göstərişlrə müvafiqdirvə həkim nəzarəti olmadan 14 gündən artıq olmamalıdır.

Böyüklər və bədən kütləsi 40 kq və çox olan uşaqlar 

Tövsiyə olunan doza: 

-  standart doza (bütün göstərişlər üçün): gündə 2 dəfə 1 tablet (875 mq/125 mq);

-  yüksək doza (xüsusilə otit, sinusit, aşağı tənəffüs yollarının infeksiyaları və sidikçıxarıcı yollarının infeksiyaları): gündə 3 dəfə 1 tablet (875 mq/125 mq).

Bədən kütləsi 40 kq-dan az olan uşaqlar

Uşaqlar amoksisillin/klavulan turşusunun tablet və suspenziya formaları qəbul edilə bilər.

Tövsiyə olunan doza: 

-  gündəlik doza 25 mq/3,6 mq/kq-dan 45 mq/6,4 mq/kq-a qədər iki bərabər dozaya bölünür;

-   gündəlik doza 70 mq/10 mq/kq-a qədər iki bərabər dozaya bölünür (otit, sinusit, aşağı tənəffüs yollarının infeksiyaları).

Bədən kütləsi 25 kq-dan az olan uşaqlarda amoksisillin/klavulan turşusunun suspenziya forması istifadə olunur.

Xüsusi qrup xəstələrə dair əlavə məlumat

Böyrək çatışmazlığı

Yumaqcıq filtrasiya 30 ml/dəq-dən çox olan xəstələrdə doza tənzimlənməsinə ehtiyac yoxdur.  

Qaraciyərçatışmazlığı 

Doza ehtiyatla tənzimlənməlidir və qaraciyərin funksiyası mütamadi nəzarət altında saxlanmalıdır.

Pediatrik xəstələr

6 yaşda və ondan kiçik olan uşaqlara Klavera  BİD suspenziyası təyin olunur.  

Yaşlı xəstələr

Doza tənzimlənməsinə ehtiyac yoxdur.

Əlavə təsirləri

Rastgəlmə tezliyi:çox tez-tez (≥1/10); tez-tez ( ≥1/100-dən <1/10-dək); bəzən (≥1/1000-dən <1/100-dək); nadir (≥1/10000-dən <1/1000-dək); çox nadir (<1/10000); məlumolmayan tezlikdə (mövcud məlumatlar başvermə tezliyini müəyyən etmək üçün kifayət deyildir).

  • İnfeksiyalar və invaziyalar
  • tez-tez:dəri və selikli qişaların kandidozu.
  • Qanyaradıcı və limfa sisteminə
  • nadir hallarda: keçici leykopeniya (neytropeniya daxil olmaqla), trombositopeniya;
  • çox nadir hallarda: keçici aqranulositoz və hemolitik anemiya, qanaxma və protrombin müddətinin uzanması.
  • İmmun sisteminə
  • çox nadir hallarda:angionevrotik ödem, anafilaksiya, zərdab xəstəliyə bənzər sindrom, hiperhəssaslı vaskulit.
  • Sinir sisteminə
  • bəzən:başgicəllənmə, baş ağrısı;
  • çox nadir hallarda:keçici hiperaktivlikvə qıcolmalar; qıcolmalar böyrək funksiyası pozulmuş və ya yüksək dozalar alan xəstələrdə müşahidə oluna bilər. 
  • Həzm sisteminə
  • Böyüklərdə:
  • çoxtez-tez:diareya;
  • tez-tez:ürəkbulanma, qusma.
  • Uşaqlarda:
  • tez-tez:diareya, ürəkbulanma, qusma. 
  • Bütün populyasiyalarda: ürəkbulanma əsasən yüksək dozaların qəbulu ilə əlaqədardır; mədə-bağırsaq traktı tərəfindən reaksiyalar müşahidə olduqda preparatı yeməkdən əvvəl qəbul edərək onları azaltmaq olar.
  • bəzən:dispepsiya;
  • çox nadir hallarda:antibiotiklərin qəbulu ilə əlaqəli kolit (psevdomembranoz kolit və hemorragik kolit daxil olmaqla). 
  • Hepatobiliar sistemə
  • bəzən:beta-laktam antibiotiklərlə müalicə alan xəstələrdə AST və/və ya ALT səviyyələrinin mülayim artması qeyd olunur, bunun əhəmiyyəti isə məlum deyil;
  • çox nadir hallarda:hepatit və xolestatik sarılıq; bu hallar həmçinin digər penisillinlər və sefalosporinlərdən istifadə zamanı da müşahidə oluna bilər. 
  • Qaraciyər tərəfindən meydana çıxan simptomlar daha tez-tez kişilərdə və yaşlı xəstələrdə rast gəlinir və uzunmüddətli müalicə ilə əlaqəli ola bilər. Uşaqlarda həmin simptomlar haqqında çox nadir hallarda bildirilmişdir. Qaraciyər tərəfindən simptomlar adətən müalicə müddətində və ya müalicədən dərhal sonra, bəzən isə preparat kəsildikdən bir neçə həftə sonra inkişaf edə bilər və adətən keçici olur, tək-tək hallarda ölümlə nəticələnə bilər. Belə simptomlar əsasən ciddi xəstəliklər zamanı və ya potensial hepatik təsiri olan preparatlarla birgə istifadə etdikdə müşahidə olunur.
  • Dəri və dərialtı piy toxumasına
  • bəzən:dəri səpgisi, qaşınma, övrə;
  • nadir hallarda:multiformalı eritema;
  • çox nadir hallarda:Stivens-Conson sindromu, toksik epidermal nekroliz, bullyoz eksfoliativ dermatit, kəskin generalizə olunmuş ekzantematoz pustulyoz (KGEP).
  • Hiperhəssas dəri reaksiyalar müşahidə olduqda müalicə dayandırılmalıdır.
  • Böyrək və sidikçıxarıçı yollarına
  • çox nadir hallarda:interstisial nefrit, kristalluriya.

Şübhəli əlavə reaksiyalar haqqında məlumat

Dərman vasitəsinin qeydiyyata alınmasından sonra şübhəli əlavə reaksiyalar haqqında əldə olunan məlumat

vacibdir. O, dərman vasitəsinin fayda/risk nisbətinə nəzarətinin davam edilməsinə imkan verir.

Arzuolunmaz effektlər baş verdikdə həkimə müraciət edin.

Doza həddinin aşılması 

Klavera BİD preparatının istifadəsi zamanı doza həddinin aşılma riski yüksək deyil. Doza həddi aşıldıqda mədə-bağırsaq traktı tərəfindən simptomların meydana çıxması və su-elektrolit balansının pozulması ehtimalı var. Bu zaman simptomatik müalicə aparılmalıdır. Klavera  BİDpreparatı qandan hemodializ vasitəsilə xaric oluna bilər. 

Buraxılış forması

Klavera BİD 1000 mq-lıq örtüklü tabletlər, blisterlərdə. 2 blister (10 və ya 14 örtüklü tablet) içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır. 

Saxlanma şəraiti 

25 °C-dən yüksək olmayan temperaturda, öz qutusunda, quru və uşaqların əli çatmayan yerdə saxlanılmalıdır. 

Yararlılıq müddəti 

2 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır.

Klavera tablet  qiyməti

Dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. 

Ən gözəli budur ki, Doktorm.az  Platforması  ilə əməkdaşlıq edən Apteklərdən sərfəli qiymətə ala bilərsiniz.

Qeydiyyat sahibi

Deva Holding A. Ş.

Halkalı Merkez Mah. Basın Ekspres Cad. №1

Küçükçekmece/İstanbul/Türkiyə 

İstehsalçı

Deva Holding A.Ş.

Çerkezköy Organize Sanayi Bölgesi

Karaağaç Mah., Atatürk Cad. № 32

Kapaklı/Tekirdağ/Türkiyə

Aid olduğu kateqoriyalar

  1. Aşağı tənəffüs yollarının digər xəstəliklərində istifadə olunan vasitələr
  2. Böyrək və sidik  yollarının  iltihabında istifadə olunan vasitələr
  3. Cinsi yolla keçən infeksiyaların müalicə və profilaktikası üçün vasitələr
  4. Qadın çanaq orqanlarının iltihabı xəstəliklərində istifadə olunan vasitələr
  5. Dəri infeksiyaları zamanı istifadə olunan vasitələr
  6. Bakterial xəstəliklər əleyhinə vasitələr

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow