Klariks 500 mq haqqında məlumat
Klariks (Clarix) 500 mq - Bakterial xəstəliklər zamanı, dəri infeksiyaları zamanı, mədə və 12 barmaq bağırsaq xorasında, aşağı tənəffüs yollarının digər xəstəliklərində istifadə olunan preparatdır.

Klariks haqqında məlumat
Klariks qiyməti
Klariks 500 mq qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə Klariks qiyməti 13 azn - 15 azn arasında dəyişir.
Ən gözəli budur ki, Doktorm.az Platforması ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Clarix qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.
Tərkibi
Hər tabletin tərkibində 500 mq klaritomisin vardır
Farmakoloji xüsusiyyətləri
Antibakterial effekti 50 S ribosomal hissəciklə birləşməsi ilə əlaqədardır ki, bu da bakteriyalarda zülal sintezinin pozulmasına və nəticədə bakteriyaların məhvinə səbəb olur. Klaritromisin in vitro bir çox qrammüsbtət, qrammənfi və atipik mikroorqanizmlərə qarşı effektivdir. Helicobakter pylori-yə qarşı bakterisid təsiri özünü neytral mühitdə göstərir. Klaritromisinin - 14-hidroksi-klaritomisin metaboliti də antibakterial aktivliyə malikdir.
Göstərişlər:
- LOR orqanların infeksiyaları (farinqit,tonzillit, sinusit, orta qulağın kəskin otiti);
- Yuxarı və aşaği tənəffüs yollarının infeksiyaları (xroniki bronxit, pnevmoniya,və s.);
- Dərinin və yumşaq toxumaların infeksiyaları;
- Mədə turşuluğu aşağı olduğu hallarda Helicobacter pylori-nin məhv edilməsi üçün.
Doza və istifadə qaydası
12 yaşdan böyük uşaqlara və böyüklərə hər 12 saatdan bir 250 mq təyin olunur (1/2 həb). Ağır hallarda doza iki dəfə artılır (500mq x 2 dəfə). Müalicə kursu 7-14 gün davam edir.
Buraxılış forması
CLARİX 500 mq N 14 film-tablet.
İstehsalçı
BİLİM İLAÇ SAN. və TİC. A.Ş.
Aptekdən buraxılış forması:
Reseptlə satılır
Vahidi:
Tab
Klariks nə üçündür?
- Yuxarı tənəffüs yollarının digər xəstəliklərində istifadə olunan dərmanlar
- Aşağı tənəffüs yollarının digər xəstəliklərində istifadə olunan dərmanlar
- Mədə və 12 barmaq bağırsaq xorasında istifadə olunan dərmanlar
- Dəri infeksiyaları zamanı istifadə olunan dərmanlar
- Bakterial xəstəliklər əleyhinə dərmanlar
Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.
Bu yazını dostlarınla paylaş
saytların hazırlanması Pin up casino giriş
Bu yazıya reaksiyanız ?






