Kişilərdə bu bağırsaq problemi cinsi funksiyaya təsir edir

Qıcıqlanmış bağırsaq sindromu (QBS) olan kişilərdə erektil disfunksiya riski sağlam həzm sistemi olan kişilərə nisbətən iki dəfə daha yüksəkdir.
Doktorm.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Perudakı Sesar Valyexo Universitetinin alimləri apardıqları tədqiqatlardan sonra bəyan ediblər. Araşdırmanın nəticələri "Sexual Medicine" elmi jurnalında dərc edilib.
Bildirilir ki, QBS - bağırsaq və beyin arasındakı qarşılıqlı əlaqənin pozulması ilə xarakterizə olunur ki, bu da görünən səbəb olmadan spazm, qarın şişkinliyi, meteorizm, ishal və ya qəbizlik kimi simptomlara səbəb olur. Alimlər hesab edirlər ki, QBS-in formalaşmasında genetik amil rol oynaya bilər.
Tədqiqatda 133 kişi tibb tələbəsi iştirak edib. Onlar öz sağlamlıq vəziyyətləri və QBS ilə üzləşib-üzləşmədikləri barədə məlumat veriblər. Tədqiqatın nəticələri göstərib ki, kişilərin təxminən 1/3-i erektil disfunksiyadan, təxminən 10 faizi isə qıcıqlanmış bağırsaq sindromundan əziyyət çəkir. Eyni zamanda, QBS olan könüllülərdə erektil disfunksiya riski sağlam həzm sistemi olan kişilərə nisbətən 108% daha yüksək olub.
Bu yazını dostlarınla paylaş
saytların hazırlanması Pin up casino giriş
Bu yazıya reaksiyanız ?






