K vitamini çatışmazlığı ciddi fəsadlara yol aça bilər

Jun 3, 2025 - 11:35
 0
K vitamini çatışmazlığı ciddi fəsadlara yol aça bilər
K vitamini çatışmazlığı ciddi fəsadlara yol aça bilər

K vitamini bədənimizdə qanın laxtalanması, sümük sağlamlığı və ürək-damar sistemi üçün vacib rol oynayır.

Doktorm.az Pravda.az-a istinadla bildirir ki, bu vitaminin çatışmazlığı zamanı bədəndə tez-tez göyərmələr, diş ətində və ya göbək nahiyəsində qanaxma, qırmızı nöqtəli səpkilər, zəif sümük quruluşu kimi əlamətlər müşahidə oluna bilər.

Həkimlərin sözlərinə görə, K vitamini əskikliyi xüsusilə körpələrdə, bağırsaq xəstəliyi olanlarda və antibiotik qəbul edənlərdə daha çox görülür. Çatışmazlıq halında ispanaq, brokoli, kələm, cəfəri, yumurta və süd məhsulları kimi K vitamini ilə zəngin qidaların rasiona əlavə edilməsi tövsiyə olunur.

Xəbərdarlıq: Vitamin əlavələri qəbul etməzdən əvvəl həkim və ya dietoloqla məsləhətləşmək vacibdir.


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow