İtdirsəyi nədir? necə müalicə olunur?
İtdirsəyi nədir? necə müalicə olunur? İtdirsəyi - göz qapağındakı kirpik kisəsinin və ya piy vəzisinin kəskin irinli iltihabıdır.

İtdirsəyi, göz qapaqlarının infeksiyalarından biridir. Xəstəlik adətən 1-2 gün ərzində baş verə bilər.
İTDİRSƏYİNİN ƏLAMƏTLƏRİ HANSILARDIR?
Xəstəlik adətən 1-2 gün ərzində baş verə bilər.
İtdirsəyi meydana gəldikdə göz ağrısı, göz qapağının şişməsi, qızartı, yanma və batma ilə başlayır.
İTDİRSƏYİNİN MÜALİCƏSİ NƏDİR?
İlk həftə içərisində isti su ilə sarğı və antibiotik damcıları ilə müalicə edilməlidir. Əks təqdirdə, xalaziona, yəni qapaq kistinə çevrilə bilər.
XALAZİON NƏDİR?
Xalazion qapaq kistidir.
İtdirsəyi xalaziona çevrilərsə, gözləmədən 1 ay ərzində əməliyyat edilməlidir. Əks təqdirdə, digər göz qapaqlarına yayıla bilər.
XALAZİON ƏLAMƏTLƏRİ HANSILARDIR?
Xalazion olan şəxsdə ağrı, şişkinlik və qızartı meydana gəlir. Yayılması nəticəsində tez -tez təkrarlanma halları baş verir və göz qapağının quruluşunu pozaraq göz qapağının bir qədər aşağı düşməsinə səbəb ola bilər.
XALAZİONUN MÜALİCƏSİ NƏDİR?
Əmələ gələn xalazion əməliyyat olunmalıdır. Əməliyyat okuloplastika mütəxəssisi tərəfindən aparılmalı və xəstəliyin göz qapağına daha da yayılmasının qarşısı alınmalıdır.
Bu yazını dostlarınla paylaş
saytların hazırlanması Pin up casino giriş
Bu yazıya reaksiyanız ?






