İsti otaqda yatmaq sağlamlığa zərər verir – Xəbərdarlıq

Dec 12, 2024 - 16:48
 0
İsti otaqda yatmaq sağlamlığa zərər verir – Xəbərdarlıq
İsti otaqda yatmaq sağlamlığa zərər verir – Xəbərdarlıq

Həkimlər isti otaqlarda yatmağın sağlamlıq üçün təhlükəli ola biləcəyini xəbərdar edir.

Doktorm.az xəbər verir ki, yüksək temperaturda yatmaq bədən istiliyini normadan daha çox artıraraq, yuxu keyfiyyətini poza bilər və müxtəlif sağlamlıq problemlərinə yol aça bilər.

TMilli.Aədqiqatlar göstərir ki, çox isti otaqlarda yuxu zamanı bədən tənəffüs və qan dövranı sistemləri üzərində əlavə yük yaradır. Bunun nəticəsində gecə tərləmə, narahat yuxu və hətta kardiovaskulyar problemlər meydana çıxa bilər. Uzun müddət isti mühitdə yatmaq həmçinin böyrək və həzm sistemi problemlərinə səbəb ola bilər.

Həkimlər yuxu otağının temperaturunun 18-22 dərəcə arasında olması tövsiyə edirlər. İsti otaqlarda yatmaqdan qaçınmaq və uyğun hava şəraitində yuxu mühiti yaratmaq sağlamlıq üçün faydalıdır./milli.az


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow