İsti havalarda "eşq yaşamaq" infarkt edə bilər

Jul 11, 2025 - 12:02
 0
İsti havalarda "eşq yaşamaq" infarkt edə bilər
İsti havalarda "eşq yaşamaq" infarkt edə bilər

Yüksək temperaturda cinsi münasibət ürək-damar sisteminə ciddi risklər yaradır.

Doktorm.az lenta.ru-ya istinadla bildirir ki, bu barədə seksoloq Larisa Nikitina "Life" nəşrinə danışarkən xəbərdarlıq edib. Onun sözlərinə görə isti hava şəraitində infarkt, insult və digər ürək-damar problemlərinin yaranma ehtimalı əhəmiyyətli dərəcədə artır.

Seksoloq bildirib ki, bu riski azaltmaq üçün isti havalarda cinsi əlaqələrin sayını azaltmaq və mümkün qədər gecə saatlarını və ya səhərin erkən vaxtlarını seçmək tövsiyə olunur. Bu zaman hava temperaturu gündüzə nisbətən daha aşağı olur.

Bununla yanaşı, Nikitina fiziki güc tələb edən pozalardan da çəkinməyi məsləhət görüb. O bildirib ki, seksual münasibətdən əvvəl sərin duş qəbul etmək və otağın yaxşı havalandırılmasını təmin etmək də vacib amillər sırasındadır.


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow