İsti çay içənlər mütləq oxusun! - Görün nələrə səbəb olur

Oct 25, 2024 - 17:14
 0
İsti çay içənlər mütləq oxusun! - Görün nələrə səbəb olur
İsti çay içənlər mütləq oxusun! - Görün nələrə səbəb olur

İsti çay içmək bir çox insan üçün gündəlik vərdiş olsa da, mütəxəssislər bu davranışın sağlamlıq üçün ciddi təhlükələr yarada biləcəyini bildirirlər.

Ajans.az-ın məlumatına görə, həkimlərin araşdırmalarına görə, çox isti içkilərin müntəzəm qəbulu bəzi zərərlərə səbəb ola bilər.

Qida borusunun xərçəngi riski – Dünya Səhiyyə Təşkilatının (DST) hesabatına əsasən, 65 dərəcədən yüksək temperaturda içilən içkilər qida borusu hüceyrələrinə zərər verərək, xərçəng riskini artırır.

Mədə və qida borusunda iltihab – İsti içkilər qida borusunun və mədənin selikli qişasına zərər verə bilər. Bu isə uzunmüddətli iltihaba səbəb olaraq həzm sistemi problemlərinə gətirib çıxara bilər.

Damaq və diş problemləri – Çox isti çay içmək ağız boşluğunun həssas hissələrində zədələnmələrə və damaq problemlərinə səbəb ola bilər. Bundan başqa, diş emalına da zərər verə bilər.

Həkimlər isti çay sevənlərə içkinin temperaturunu əvvəlcə bir qədər soyumağa imkan verməyi tövsiyə edirlər. Sağlamlıq üçün təhlükə yaratmadan, çayı orta dərəcədə isti içmək daha məqsədəuyğundur.


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow