İstanbuldan sonra Bakıda da zəlzələ olacaq? - “Hər şeyə hazırlıqlı olmalıyıq”

İstanbulda 6.2 maqnitudalı zəlzələ baş verdi. Qonşu ölkədə yaşanan bu hadisə vətəndaşlarımızı da narahat etməyə başlayıb.
Azərbaycanda həm sosial şəbəkələrdə, həm də real həyatda ölkənin seysmik vəziyyəti və hazırlığı barədə müzakirələrin artdığı müşahidə olunur.
Bəs Azərbaycanda seysmik vəziyyət necədir və ölkə buna hazırdırmı?
Mövzu ilə bağlı ekoloq, seysmoloq Ənvər Əliyev Moderator.az-a danışıb.
"İstanbulda baş verən zəlzələnin gücü böyükdür. Tədqiqatçılar qeyd etmişdi ki, İstanbulda zəlzələ gözlənilir. Qardaş ölkədə baş verən hadisə Yunanıstanda olan zəlzələlərin davamı kimi qiymətləndirilir. Çox şükür ki, İstanbulda baş verən zəlzələ qısa - 40 saniyə çəkib.
İstanbul zəlzələ zonasındadır, məhz bu səbəbdən həmin ərazidə zəlzələnin olması gözləniləndir. Burada elə də qoxulu bir şey yoxdur, qardaşlarımız bu qəzadan yaxşı qurtarıb.
Azərbaycana gəlincə isə elə bir qanunauyğunlıq tapmaq mümkün deyil ki, "əgər qonşu ölkədə zəlzələ olubsa, bizdə də olacaq". İndi durub desəm ki, bizdə də olacaq, bu, həqiqəti əks etdirməyəcək. Qabaqcadan zəlzələlər barədə proqnoz vermək doğru deyil. Bunu özünə hörmət edən tədqiqatçı deməz. Azərbaycan olduqca ciddi seysmik zonada yerləşir. Dünyanın ən məşhur üç seysmik zolağının biri bizdədir. Bizdə də zəlzələlərin olması mümkündür, əgər olacaqsa, nə onun vaxtını, nə də məkanını demək mümkündür.
İstənilən halda biz hər şeyə hazırlıqlı olmalıyıq. Belə ki, tikəcəyimiz hər bir tikili bu zəlzələlərə müvafiq olmalıdr. Bütün insanlarımızın taleyi bundan asılıdır. Həmin binalar seysmik zonaya uyğun tikilməlidir. Əgər biz buna ciddi yanaşsaq, onun fəsadları da az olacaq".
Bu yazını dostlarınla paylaş
saytların hazırlanması Pin up casino giriş
Bu yazıya reaksiyanız ?






