İnsan həyatını 30-40% uzadan VİTAMİN

D vitamin orqanizmdə baş verən bir çox proseslərdə aktiv iştirak edir. Mütəxəssislərin fikrinə görə, bu vitaminin orqanizmdə normal səviyyədə olması hətta insanın həyatını uzada bilir.
Əksinə isə D vitamininin defisiti ölüm riskini artırır. Bu xüsusilə şəkərli diabet və xroniki xəstəlikləri olan insanlara aiddir.
Doktorm.az Focus.de-yə istinadla bildirir ki, alimlər 1991-2011-ci illər arasında 80 minə yaxın insanın sağlamlıq və həyat tərzinə nəzarət edirdilər. Nəticədə məlum olub ki, qanda D vitamininin kəskin defisiti (10 nmol/l-dan aşağı) ölüm riskini 2-3 dəfə artırır. Əksinə isə D vitamininin 50-90 nmol/l səviyyədə olması ölüm riskini 30-40% azaldır.
Qanda D vitamininin səviyyəsi 50 nmol/l-dan aşağı olan şəkərli diabet xəstələrində qanda D vitamininin normada olan xəstələrlə müqayisədə ölüm riski 4,4 dəfə artmış olur.
D vitaminin defisitinin simptomları:
- İmmunitetin zəifləməsi, orqanizmin infeksiyalara qarşı davamlılığının azalması
- Əhvalın düşməsi, depressiya
- Əzələ və oynaqlarda ağrılar
- Dırnaqların kövrək olması, qırılması
- Səbəbsiz yorğunluq
D vitaminin əsas mənbəyi gün şüalarıdır. Bu vitamin dərimizdə gün şüalarının təsirindən sintez olunur. D vitamininin günlük dozasını almaq üçün 15-20 dəqiqə ərzində gün şüalarını qəbul etmək kifayətdir.
D vitamininin kəskin defisiti zamanı vitamin həkim tərəfindən əlavə olaraq təyin oluna bilər./saglamolun.az
Bu yazını dostlarınla paylaş
saytların hazırlanması Pin up casino giriş
Bu yazıya reaksiyanız ?






