İlanın dişlədiyi pomidor: İnsan üçün təhlükəsi var? - Video

Feb 11, 2025 - 22:14
Feb 11, 2025 - 22:15
 0
İlanın dişlədiyi pomidor: İnsan üçün təhlükəsi var? - Video
İlanın dişlədiyi pomidor: İnsan üçün təhlükəsi var? - Video

Son günlər sosial şəbəkələrdə yayılmış istixanaların birində ilanın pomidoru dişləməsi ilə bağlı görüntülər ciddi müzakirələrə səbəb olub. Bir çoxu bu kimi halların yetişdirilən tərəvəzdə ölümcül təhlükə yaratdığını iddia edib. Bəziləri isə ilan zəhərinin meyvə-tərəvəzdə qalıcı təsir buraxmadığını deyib.

Mövzu ilə bağlı  danışan kənd təsərrüfatı eksperti Allahverdi Mustafayev bildirib ki, belə hallar çox nadir olaraq baş verir və heç bir təhlükə yoxdur:

“Bu təsadüfən baş vermiş hadisədir. Ümumiyyətlə, pomidor ilan üçün qida vasitəsi deyil. Digər tərəfdən, ilanın zəhəri canlılar üçün təhlükəlidir. Çünki zəhər qanı laxtalandırır və damarlarda tromb yaradır. Lakin ilan zəhəri pomidorun tərkibində qalmır.

Qorxulu heç nə yoxdur. Ola bilsin ki, ilan instikt olaraq pomidoru dişləyib və bu da təsadüfən kadraja alınıb”.//yenisabah.az


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow