İflicin qarşısını almaq üçün 8 tövsiyə

ABŞ-də hər il orta hesabla 160 min insanın insultdan dünyasını dəyişdiyi, lakin həyat tərzindən asılı olaraq bunun 80 faizinin qarşısını almaq mümkün olduğu bildirilib.
Doktorm.az News24.az-a istinadən xəbər verir ki, Amerika Ürək Dərnəyi insultun qarşısını almaq üçün 8 həyat tərzi tövsiyəsi verib.
1. SAĞLAM DİET: Zeytun yağı, tam taxıl, yağsız balıq, mərci və qoz-fındıqdan ibarət Aralıq dənizi pəhrizi tövsiyə olunur.
2. DUZ: Gündə maksimum 2300 milliqram duz istehlak edilməlidir.
3. KALİUM: Banan, ərik, şirin kartof və yüksək kalium ehtiva edən tərəvəzlər tövsiyə olunur.
4.HƏRƏKƏT: Həftədə ən az 150 dəqiqə ritmik məşq edilməlidir.
5.ÇƏKİ: İdeal çəki əldə edilməli və piylənmənin qarşısı alınmalıdır.
6. YUXU: Yarımçıq yuxu rejimi insult riskini artırır.
7. SİQARET: Təbii ki, istehlak edilməməlidir. Əgər içilirsə, dayandırılmalıdır.
8. QAN TƏZYİQİ: Yuxarıdakı qaydalara əməl etməklə təzyiq, xolesterin və şəkər balanslaşdırılmalıdır.
Bu yazını dostlarınla paylaş
saytların hazırlanması Pin up casino giriş
Bu yazıya reaksiyanız ?






