İdmanın beyinə olan faydaları aşkar edildi

İdmanın beyinə olan faydaları aşkar edildi. Araşdırmanın nəticələri "Science Direct"də dərc edilib.

May 27, 2024 - 12:38
 0
İdmanın beyinə olan faydaları aşkar edildi

Jivaskila Universitetinin (Finlandiya) alimləri tədqiqat qrupunun bir hissəsi olaraq, fiziki cəhətdən aktiv olan yeniyetmələrin beyinciklərində passiv həmyaşıdlarına nisbətən daha çox boz maddənin olduğunu müəyyən etdilər. Mərkəzi sinir sisteminin bu komponenti yaddaş, diqqət və öyrənmə ilə əlaqələndirilir. 

Araşdırmada orta yaşı 17,9 olan 40 nəfər iştirak edib. Alimlər müxtəlif testlər, o cümlədən uzunluğa tullanma və qaçış vasitəsilə fiziki hazırlıq səviyyəsini - əzələ gücünü, sürəti və subyektlərin koordinasiyasını müəyyən ediblər. Beyincikdəki boz maddənin həcmini qiymətləndirmək üçün maqnit rezonans görüntüləmə istifadə edilib.

Məlum olub ki, müvafiq sınaqlar zamanı yüksək sürət, güc və dözümlülük nümayiş etdirən fəal yeniyetmələrin beyincikdə (beynin hissələrindən biri) daha böyük həcmdə boz maddə var. Boz maddə beyin qabığında yerləşən sinir hüceyrələrinin toplusudur. Boz maddə beynin əsas struktur elementidir. Məlumatın işlənməsi və qərarların qəbul edilməsi üçün məsuliyyət daşıyır. Onun həcminin artması yaddaş, diqqət, təfəkkür və nitq kimi koqnitiv funksiyaların artması ilə əlaqələndirilir.

Alimlər uşaqlıq və yeniyetməlik dövründə müntəzəm idmanın və yüksək fiziki fəaliyyətin öyrənməyə müsbət təsir göstərə biləcəyini təklif edirlər. Bu əlaqənin əsasında hansı mexanizmlərin dayandığını öyrənmək üçün əlavə araşdırmalara ehtiyac var.

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow