Hiss edilən temperatur 46 dərəcə OLACAQ!

Jul 28, 2025 - 13:35
 0
Hiss edilən temperatur 46 dərəcə OLACAQ!
Hiss edilən temperatur 46 dərəcə OLACAQ!

Həftə sonu bir qədər soyuyan hava, həftə içində yenidən isti dalğası ilə əvəzləndi. Ekspertlər İstanbuldakı temperaturun 40 dərəcədən yuxarı qalxacağını, hiss edilən temperaturun isə 46 dərəcəyə çatacağını xəbər verir.

Doktorm.az xəbər verir ki, meteorologiya və sağlamlıq mütəxəssisləri xüsusilə xroniki xəstəlikləri olanlar, yaşlılar və uşaqlar üçün günün ən isti saatları olan 11:00-dan 16:00-dək çöldə olmamağı tövsiyə edir. Günəş və istilik vurması riskinə qarşı bol su içmək, açıq rəngli və yüngül paltarlar geyinmək məsləhət görülür.

Hava Forum hesabının paylaşımına görə, İstanbul yüksək – 99% rütubətlə günə başlayıb və günorta saatlarında hiss edilən temperatur 46 dərəcəyə qədər yüksələcək.

İsti hava dalğalarının yaxın günlərdə də təsirini artıraraq davam edəcəyi gözlənilir. İstanbulluların sağlamlığı üçün diqqətli olmaları barədə xəbərdarlıq edilib./news24.az


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow