Hər marketdə satılır, uzaq durun – ƏHALİYƏ XƏBƏRDARLIQ
![Hər marketdə satılır, uzaq durun – ƏHALİYƏ XƏBƏRDARLIQ](https://doktorm.az/uploads/images/202501/image_830x_6795d1df9d3fc.webp)
Alimlər şəkərlə zənginləşdirilmiş içkilərin qlobal miqyasda bəşəriyyətə nə kimi zərər verdiyini müəyyən ediblər.
Doktorm.az xəbər verir ki, araşdırmalar zamanı məlum olub ki, şəkərli içkilər səbəbindən şəkərli diabet və ürək-damar sistemi xəstəliklərinə tutulma halları artır və bu xəstəliklərdən ölüm halları çoxalır.
240 millilitr içkidə 50 kilokalori şəkər olan içkilər şəkərlə şirinləşdirilmiş içkilər hesab edilir. İstisnalar şirinləşdirilmiş süd, 100% meyvə və tərəvəz şirələri, həmçinin kalorisi olmayan şəkər əvəzedici içkilərdir.
Araşdırmalara görə, şəkərlə şirinləşdirilmiş içkilər nəticəsində ürək xəstəliyi olanların sayı 1,2 milyon, 2-ci tip şəkərli diabet xəstələrinin sayı isə 2,2 milyon nəfər artır. Bundan əlavə, hər il 80 000 şəkərli diabet xəstəsi və 258 000 ürək-damar xəstəliyindən əziyyət çəkən insan bu növ içkilərə görə dünyasını dəyişir.
Eyni zamanda, Latın Amerikasında yeni diabet hallarının 50-100 faizinin məhz bu kateqoriyadan olan içkilər səbəb olduğu ölkələr var. (Sfera.az)
Bu yazını dostlarınla paylaş
saytların hazırlanması Pin up casino giriş
Bu yazıya reaksiyanız ?
![like](https://doktorm.az/assets/img/reactions/like.png)
![dislike](https://doktorm.az/assets/img/reactions/dislike.png)
![love](https://doktorm.az/assets/img/reactions/love.png)
![funny](https://doktorm.az/assets/img/reactions/funny.png)
![angry](https://doktorm.az/assets/img/reactions/angry.png)
![sad](https://doktorm.az/assets/img/reactions/sad.png)
![wow](https://doktorm.az/assets/img/reactions/wow.png)