Həkimlərin bu səhvi pasiyentləri riskə ATIR

Jun 5, 2025 - 19:35
 0
Həkimlərin bu səhvi pasiyentləri riskə ATIR
Həkimlərin bu səhvi pasiyentləri riskə ATIR

Dünən sosial şəbəkələrdə həkim Günel Qəmbərovanın tibbi peosedur zamanı çəkilən görüntüləri cəmiyyət tərəfindən birmənalı qarşılanmayıb. Bir qisim pasiyentin bədəninin görünməsini, bir çoxlaarı həkimin rəqs etməsini, digərləri isə steril qaydalara əməl edilməməsini qınayıb.

Müzakirələrdə tibb müəssisələrində sterillik qaydalarına riayət olunması məsələsi bir daha gündəmə gəlib.

Məsələ ilə bağlı News24.az-a danışan tibb elmləri doktoru, professor Adil Qeybulla deyib ki, sterillik haqqında real təsəvvürü olmayan insanlar tibb sahəsində çalışa bilməzlər, çünki bu cür şəxslər daim təhlükə mənbəyi ola bilərlər.

Onun sözlərinə görə, tibbdə istənilən prosedur - iynə vurmaqdan tutmuş cərrahi əməliyyatlara qədər - sterillik qaydalarına uyğun həyata keçirilməlidir:

“Sterillik - mikroorqanizmlərin olmadığı bir şərait deməkdir. Bu məqsədlə alətlər dizinfeksiya edilir, tam mikrobsuz mühit yaradılır, əlcəklər və digər tibbi vasitələr yalnız bir dəfə istifadə olunur. Həmçinin maska və kalpakdan istifadə edilməlidir. Bütün bu tədbirlərlə xəstənin orqanizminə mikrob düşməsinin qarşısını alırıq”.

Professor onu da qeyd edib ki, ilk növbədə tibb bacılarında sterillik haqqında düzgün və dolğun təsəvvür formalaşdırılmalıdır:

“Təəssüf ki, bəzən həkimlərimiz də bu qaydalara əməl etmirlər. Sterilliyin pozulması xəstəyə infeksiya yoluxduraraq onun səhhətini ağır vəziyyətə sala bilər”.


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow