Heç bir qəssab bu sümüyü qırmamış atmaz! Tük ürpədici səbəbi...

Sosial mediada bir çox qəssab tərəfindən paylaşılan "kürək sümüyünü qırma" videoları böyük maraq oyadıb. İstifadəçilər bunun səbəbini öyrənməyə çalışırlar. Kürək sümüyü niyə qırılmadan atılmaz? Cavab burada!

Oct 12, 2024 - 06:30
 0
Heç bir qəssab bu sümüyü qırmamış atmaz! Tük ürpədici səbəbi...
Heç bir qəssəb bu sümüyü qırmamış atmaz! Tük ürpədici səbəbi...

Doktorm.az suala cavab tapmaq üçün müxtəlif qəssabların bu bu mövzu ilə bağlı fikirlərini öyrənib. Ölkəmizdə bir çox qəssab kürək sümüyünü satmır, əksinə onu qırıq halda zibilə atır. Sosial şəbəkələrdə də bu barədə videolar yayılır.

Dana, qoyun və ya quzu kimi heyvanların kürək sümükləri İslam dini ilə yanaşı, keçmişdə də xüsusi diqqət çəkib.

Kürək sümüyü ilə fal

Əvvəllər kürək sümükləri fal və ya cadugərlik üçün istifadə edilirdi. Şamanist türk xalqları və bəzi müsəlman cəmiyyətlərində ən məşhur fal formalarından biri "kürək sümüyü" falı idi. Heyvanın kürək sümüyü yenidən doğuşu və "həyat dövriyyəsini" təmsil edirdi.

Falçılar kürək sümüyünü əvvəlcə ocağa atıb qızdırır, sonra çıxarıb üzərində əmələ gələn çatlara və ya işarələrə əsaslanaraq müxtəlif proqnozlar verirdilər.

Bu gün isə kürək sümükləri cadugərlik məqsədi ilə pis işlər üçün istifadə edilir. Məsələn, bir insanın sevdiyi şəxsdən soyuması və ya bağlandığı kəsdən tamamilə ayrılması üçün bu cür cadular edilir. Buna görə də, bəzi qəssablar kürək sümüyünü məqsədli şəkildə qıraraq, onu istifadəyə yararsız hala gətirirlər ki, bu növ pis niyyətli işlərdə istifadə olunmasın.

Bu mövzu qədim inanclara əsaslansa da, bu gün sosial mediada bu barədə məlumatlar geniş şəkildə yayılır və maraq doğurur.


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow