Havada tozluluq azalıb - Xidmət rəsmisi

Sep 4, 2024 - 09:38
 0
Havada tozluluq azalıb - Xidmət rəsmisi

Bakıda və Abşeron yarımadasında, həmçinin Xəzər dənizi sahili boyu ərazilərdə müşahidə olunan tozun konsentrasiyasında dünənlə müqayisədə azalma müşahidə olunur.

Doktorm.az report-a istinadla xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəsmisi Gülnarə Abbasova deyib.

O qeyd edib ki, avtomatik stansiyalardan əldə olunan məlumata görə, hazırda havada tozun miqdarı normadan 2-2.5 dəfə çoxdur: vakansiya

"Sinoptik vəziyyətlə əlaqədar bu gün ölkə ərazisində şimal-şərq istiqamətli küləklərin şimal-qərb küləkləri ilə əvəz olunması proqnozlaşdırılır ki, bu səbəbdən də havada tozun miqdarının axşam saatlarından başlayaraq tədricən azalacağı gözlənilir”.

Xatırladaq ki, dünən havada tozun miqdarının normadan 4-4.5 dəfə yüksək olduğu qeydə alınıb.


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow