Hamımızın etdiyi bu vərdiş dəri xərçəngi yaradırmış - Xəbərdarlıq

Yeni araşdırmalar günəş yanığının dəri xərçəngi, xüsusilə də ən ölümcül növlərdən biri olan melanomanın yaranma riskini ciddi şəkildə artırdığını üzə çıxarıb.
Doktorm.az xəbər verir ki, İngiltərədə aparılan sorğuya əsasən, hər iki nəfərdən biri ildə ən azı bir dəfə günəş yanığı keçirir. Bu, normal qəbul edilən, lakin ciddi sağlamlıq təhlükəsi yaradan bir haldır.
Cəmi beş dəfə günəş yanığı keçirmək melanomanın inkişaf riskini ikiqat artırır. Araşdırma göstərib ki, 18-32 yaş arası gənclər ən riskli qrup hesab olunur. Bu yaş qrupundakı insanların təxminən 65 faizi ildə bir dəfə günəş yanığı yaşayır.
Günəşdən qorunmamaq geniş yayılmış problemdir
Sorğunun nəticələri göstərir ki:
İnsanların üçdə biri isti havalarda günəşdən qoruyucu krem istifadə etmir.
Hər 10 nəfərdən biri ümumiyyətlə heç vaxt günəş kremi istifadə etmir.
Kişilərin 42 faizi isə günəş kremini tamamilə laqeyd yanaşır.
Bu statistika dəri xərçənginə qarşı laqeyd yanaşmanın nə qədər yayğın olduğunu təsdiqləyir.
Mütəxəssislər günəş yanığından qorunmaq və dəri xərçəngi riskini azaltmaq üçün aşağıdakı tədbirləri tövsiyə edirlər:
Kölgədə qalmağa üstünlük verin
Geniş kənarlı şapka istifadə edin
30+ SPF qoruma faktorlu günəş kremindən istifadə edin
Günəşin ən təsirli olduğu saatlarda (saat 11:00-15:00) açıq havada çox qalmayın
Qeyd edək ki, statistikaya əsasən, hər 35 kişidən biri, hər 41 qadından biri melanomaya yoluxa bilər. Bu rəqəmlər problemin nə qədər yayğın və ciddi olduğunu göstərir./milli.az
Bu yazını dostlarınla paylaş
saytların hazırlanması Pin up casino giriş
Bu yazıya reaksiyanız ?






