Hamiləlik üçün ideal yaş hansıdır? - AÇIQLAMA

Apr 22, 2025 - 08:51
 0
Hamiləlik üçün ideal yaş hansıdır? - AÇIQLAMA
Hamiləlik üçün ideal yaş hansıdır? - AÇIQLAMA

Gec yaşda ana olmaq son illərdə getdikcə daha çox qadının seçimi və ya zərurəti halına gəlmişdir. Bu qərarın arxasında adətən karyera planları, maddi imkanlar və şəxsi həyatla bağlı müxtəlif səbəblər dayanır. Bəs gec yaşda ana olmağın orqanizm üçün hansı ziyanları var?

Mama-ginekoloq Dr. Rəşad Sultan Metbuat.az-a açıqlamasında hamiləlik üçün uyğun yaşı açıqlayıb:

“Kişi ilə qadının yaşları rüşeymin inkişafı prosesində iştirakı baxımından bir-birindən fərqlənir. İstər çoxalma qabiliyyəti, istərsə də rüşeymin keyfiyyəti baxımından kişinin yaşının heç bir önəmi yoxdur. Kişinin yaşı cinsi funksiyaya təsir edə bilər, amma spermatozoidlərin rezervi anlayışı, yaşla onların azalması, dölləndirmə qabiliyyətinin zəifləməsi və gələcək uşaqda hər hansı bir qüsurun yaranması kişinin yaşı ilə əlaqəli deyil. Yaşdan asılı olmayaraq kişinin cinsiyyət vəziləri işləyir və spermatozoid ifraz olunur. Amma qadınlarda yumurtalıq rezervi müəyyən saydadır və yumurta hüceyrələri bölünüb çoxalmır, əksinə, zaman keçdikcə tükənir. 35 yaşından sonra bu tükənmə prosesi sürətlənməyə başlayır. 38 yaşdan sonra proses daha da ciddi şəkildə sürətlənir və 43 yaşında biz qadını praktik olaraq yumurta hüceyrəsi qalmamış hesab edirik. Buna görə də qadınların uşaq planlayarkən bu məqamı nəzərə almaları tövsiyə olunur”.

Həkim bildirib ki, hamilə qalma qabiliyyətinin qadının yaşı ilə bağlı olması, hamiləlikdən sonra da həm uşağa, həm də hamiləliyin gedişatına təsir göstərən risk faktorları yaradır:

“Qadının yaşı artdıqca döldə, xüsusilə Daun sindromu olmaqla, xromosom anomaliyalarının görülmə ehtimalı artır. Bu və digər səbəblərdən dolayı düşük ehtimalı da artır. Ümumiyyətlə, hamilə qadının yaşı ilə əlaqədar bütün hamiləlik patologiyalarının, xüsusilə bətndaxili inkişaf geriliyi və preeklampsiya kimi hallarının görülmə ehtimalı yüksəlir. Digər tərəfdən, yaşla əlaqədar bir çox xəstəliklərə – şəkərli diabet, ürək-damar xəstəlikləri və s. – daha çox rast gəlinir. Bu səbəbdən 40+ yaşlı qadınlarda hamiləliklə yanaşı, yaşla əlaqəli yaranması ehtimalı yüksək olan xəstəliklər də çox görünür. Bu xəstəliklər hamiləliyə maneə törədə, hamiləlik isə öz növbəsində həmin xəstəliklərin ağırlaşmasına səbəb ola bilər”.


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow