Gündə bir porsiya tut yeyin

Mövsümündə bolca istehlak etdiyimiz tutun faydalarına bilirsinizmi?

Jun 8, 2024 - 14:27
Jun 8, 2024 - 14:28
 0
Gündə bir porsiya tut yeyin
Tutun faydaları
Rəngindən aslı olmayaraq, tut qan dövranını tənzimləməyə, immunitet sistemini gücləndirməyə, ürək xəstəliklərinin və iltihabların qarşısını almağa kömək edir.
Gündə bir çay stəkanı tut yeyərək ürək xəstəlikləri, xərçəng və immun sistemi xəstəlikləri kimi problemlərə qarşı müdafiənizi gücləndirə bilərsiniz. Bir çay stəkanını keçməmək vacibdir. Şəkər xəstəliyi kimi bir probleminiz varsa, tut yeyərkən mütləq qoz, badam və ya süd və qatıq kimi zülal və yağ qaynaqlarından istifadə edin. Bu yolla qan şəkərinizin ani artımının qarşısını ala bilərsiniz.
Lifli qidalar bağırsaq hərəkətlərini tənzimləyir, həzm olunan qidaların bağırsaqlarda çox uzun müddət qalmasına və zərərli komponentlərin yenidən sorulmasına mane olur. Tut həmçinin tərkibindəki lif sayəsində pis xolesterini aşağı salaraq ürək-damar sağlamlığını qorumağa kömək edir.
C vitamini bədəni zərərli mikroorqanizmlərə və ya kanserogenlərə qarşı qoruyan ən vacib və güclü antioksidantlardan biridir. 1 porsiya tut (1 çay stəkanı) gündəlik C vitamini qəbuluna əhəmiyyətli töhfə verərək immunitet sistemini gücləndirməyə kömək edir. Bir çox kiçik faydaları olan bu ləzzətli meyvəni səhər yeməyinizə əlavə etməklə immunitet sisteminizi gücləndirə bilərsiniz.
Tut tərkibindəki dəmir sayəsində qırmızı qan hüceyrələrinin əmələ gəlməsini artırır. Qırmızı qan hüceyrələri toxumaların və orqanların oksigenləşməsini artırır və maddələr mübadiləsini sürətləndirir. O, həmçinin anemiya və dəmir çatışmazlığının qarşısını alır.
Tərkibindəki A vitamini, C vitamini və antioksidanlar sayəsində tut xərçənglə mübarizə aparan meyvələr sırasındadır. Antioksidanlar; Hüceyrələrə zərər verən və xərçəng hüceyrələrinin meydana gəlməsinə səbəb ola biləcək zərərli komponentlərin təmizlənməsində əsas müdafiə xəttini təşkil edir. Tutun tərkibində olan müxtəlif antioksidantlar hüceyrələrə zərər verən sərbəst radikalları bloklayaraq bədəni xərçəngdən qoruyur.
Tərkibindəki kalsium və dəmirlə yanaşı, az miqdarda fosfor və maqnezium sümük toxumasının əmələ gəlməsi və qorunması üçün çox faydalıdır. Yaşlandıqca, güclü sümüklər üçün və hətta sümüklərin zədələnməsini və məhvini aradan qaldırmaq və osteoporoz və ya yaşa bağlı digər sümük xəstəliklərinin qarşısını almaq üçün mövsümündə gündə 1 çay stəkanı tut yeməyi istifadə etməyi unutmayın.
Dəridəki ləkələri və qırışları azaldan və saçları sağlam saxlayan tut, tərkibindəki zəngin maddələr və A vitamini sayəsində dəri sağlamlığını qoruyur və erkən qocalmanın qarşısını alır.
Gündə bir porsiya tut yeyərək lif ehtiyacınızın 10 faizini qarşılaya bilərsiniz. Bir çox təzə meyvə və tərəvəz kimi tut tərkibindəki həzm lifləri sayəsində qida maddələrinin bağırsaqdan keçməsini sürətləndirərək bağırsaq hərəkətlərini tənzimləyir. Beləliklə, qəbizlik və qaz şikayətlərinin qarşısını almağa kömək edir.

Beləliklə tut:

Anemiyaya xeyirlidir.
Həzmi asanlaşdırır.
Bədənə güc verir.
Qaraciyəri gücləndirir.
Bağırsaq qurdlarını azaltmağa kömək edir.
Mədə və bağırsaqların nizamlı işləməsinə kömək edir.
Tərkibindəki vitamin və minerallarla yanaşı, mikrob əleyhinə xüsusiyyətlərə malikdir.
Ağız, badamcıq və boğaz iltihabına, diş əti xəstəliklərinə və öskürəyə qarşı faydalıdır.
YAZININ İÇİNDƏKİLƏR
Hamısına bax

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow