Gözdə iltihab yaradan səbəblər

Jul 25, 2024 - 16:25
 0
Gözdə iltihab yaradan səbəblər

Gözün iltihabi xəstəliklərinin əsas əlaməti həmin orqanda yad cisim hissiyyatıdır. Heç bir qızartı, iltihab, çirklənmə olmadan da xəstə ilkin halda gözünə qum səpilməsi, gözün içinə nəsə düşməsi kimi hisslər yaşayır. Narahatlıqlar batma və yanma şikayətləri ilə başlayır.

Doktorm.az azertac.az-a istinadən xəbər verir ki, həkim-oftalmoloq Aygün Rəhimzadənin dediyinə görə, ikinci mərhələdə artıq gözdə ifrazat əmələ gəlir: “Azacıq da olsa sarı yapışqan şəkildə kirpik diblərində ifrazat və gözlərdə qızartı yaranır. Bəzən qaşınma müşahidə edilir və göz ətrafında şişmanlıq əmələ gəlir. İltihab nəticəsində göz qapaqlarında şişkinlik yarandığı üçün sanki göz kiçilmiş kimi görünməyə başlayır”.

Adətən xəstələr həkimə həmin mərhələdə üz tuturlar. Həkim-oftalmoloq bildirib ki, belə halların baş verməməsi üçün əlləri təmiz saxlamaq, onları gözə toxundurmamaq və azacıq hər hansı qızartı və ya sulanma şikayəti olduqda həkimə müraciət etmək lazımdır. Xüsusən bu, kontakt linzadan istifadə edənlərdə, gözündə lazer və digər prosedurlar aparılanlara şamil olunur. İldə bir dəfə kontrol müayinələrdən keçmək də tövsiyə edilir.


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow