Fitozol sirop nə üçündür?
Fitozol sirop - bağırsaqların peristaltikasını normallaşdırır və qəbizliyin qarşısını alır. Qaraciyəri qoruyur, helmintlərin inkişafını zəiflədir. Helmintoz səbəbindən orqanizmin pozulmuş funksiyalarını (həzmi, iştahanı) bərpa edir, zəifləmiş immuniteti möhkəmləndirir.

Fitozol sirop haqqında məlumat
Fitozol sirop qiyməti
Fitozol şərbət qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə Fitozol sirop qiyməti 15 azn - 17 azn arasında dəyişir.
Ən gözəli budur ki, Doktorm.az Platforması ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Fitozol qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.
Tərkibi:
Dağtərxunu çiçəklərinin (Tanacetum vulgare) duru ekstraktı – 24,55 ml, Qızılçətir otunun (Centaurium umbellatum) duru ekstraktı – 12,28 ml, Zəncəfil kökümsovunun (Zingiber officinale) duru ekstraktı – 4,84 ml, Mixəyin (Syzygium aromaticum) duru ekstraktı – 4,84 ml
Köməkçi maddələr: distillə suyu, saxaroza, limon turşusu (E330), pektin (E440), natrium benzoat (E211), qliserin (E422).
İstifadəsinə göstəriş:
Mədə-bağırsaq sisteminin fəaliyyətini yaxşılaşdırmaq və qurd invaziyaları zamanı qidanı bioloji fəal maddələrlə zənginləşdirmək üçün tövsiyyə olunan BFMQƏ.
İstifadə qaydası:
18 yaşdan yuxarı: 1 xörək qaşığından gündə 3 dəfə yeməkdən 30 dəqiqə əvvəl qəbul olunur.
Tərkibində şəkər olduğuna görə şəkərli diabeti olan xəstələr şərbətdən ehtiyatla istifadə etməlidirlər.
Qeyd: Yaş həddi və istifadə dozası həkim məsləhəti ilə dəyişdirilə bilər.
18 yaşa qədər şəxslər yalnız həkim məsləhəti ilə qəbul edə bilər.
Əks göstərişlər:
Şərbətin tərkibinə daxil olan bioloji aktiv maddələrə qarşı yüksək fərdi həssaslıq.
Saxlanılması:
25°C-dən yuxarı olmayan temperaturda, rütubətdən qorunmaqla, uşaqlar üçün əlçatmaz yerdə saxlayın. Qapağı açıldıqdan sonra 20 gün müddətində istifadəyə yararlıdır. İstifadə müddəti qurtarmış şərbətdən istifadə etməyin.
Yararlılıq müddəti:
3 il.
Buraxılış forması:
250 ml tünd rəngli şüşə flakon, içlik vərəqəsi ilə birlikdə karton qablaşdırmada.
Reseptsiz buraxılır.
Dərman vasitəsi deyil.
Bioloji fəallığa malik qida əlavəsidir.
Məhsul normal qidalanmanı əvəz etmir.
Tövsiyə edilən sutkalıq dozanı aşmayın.
Xəstəliklərin müalicəsi məqsədilə istifadə olunmur.
Hamiləlik və laktasiya dövründə, xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhətləşin.
Fitozol sirop nə üçündür?
Qurd xəstəliklərində istifadə olunan dərmanlar
Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.
Bu yazını dostlarınla paylaş
saytların hazırlanması Pin up casino giriş
Bu yazıya reaksiyanız ?






