Elektron siqaret bədəni məhv edir: "Veyp"in istifadəsi qadağan olunacaq?

Quru öskürək, nəfəs darlığı, döş qəfəsində ağırlıq və halsızlıq kimi simptomlarla həkimə müraciət edənlərin sayı artıb.
Mütəxəssislər deyirlər ki, bu hal daha çox elektron siqaret istifadə edənlər arasında müşahidə olunur. "Veyp"dən istifadə "popkorn" xəstəliyinə səbəb ola bilər.
Baku TV mövzu ilə bağlı elektron siqaret istifadəçiləri arasında sorğu keçirib. Vətəndaşlar "veyp"in ziyanları barədə xəbərdar olsalar da, ondan imtina etmək fikrində olmadıqlarını bildiriblər.
"Hər gün çəkirəm. Ziyanlarından xəbərim var. Amma yenə də istifadə edirəm. Çünki tələbəyəm, çox əsəbi oluram", - deyə elektron siqaret istifadəçisi söyləyib.
Qeyd edək ki, 39 ölkədə "veyp"in istifadəsi qadağan edilib. 82 ölkədə isə yalnız ciddi tənzimləmələr əsasında elektron siqaretin satışına icazə verilir.
Maraqlıdır, bu qədər zərəri olan vasitənin satışı ölkəmizdə də qadağan edilə bilərmi?
"Sərt qadağanedici tədbirlər daha ağır nəticələrə səbəb ola, başqa maddələrin qəbuluna yol aça bilər. Maarifləndirmə işlərinin həyata keçirilməsi daha məqsədəuyğundur", - deyə millət vəkili Müşfiq Məmmədli bildirib.
Bu yazını dostlarınla paylaş
saytların hazırlanması Pin up casino giriş
Bu yazıya reaksiyanız ?






