Dubay şokoladı qalmaqalı - Milyonlarla insan xərçəng yaradan bu maddəni yeyibmiş

Bir müddət əvvəl sürətlə populyarlaşan dubay şokoladları ilə bağlı araşdırma aparılıb.
Doktorm.az xəbər verir ki, araşdırma bu məhsulların əksəriyyətinin istifadəyə yararsız olduğunu üzə çıxarıb.
Xüsusilə Orta Şərqdən idxal olunan bəzi Dubay şokoladlarında palma yağı, yaşıl qida boyası və kanserogen kimyəvi maddələr aşkar edib.
Almaniyanın Ştuttqart şəhərindəki Kimyəvi və Veterinariya Araşdırma Ofisi (CVUA) tərəfindən aparılan testlərdə bu şokoladların sağlamlıq üçün təhlükəli maddələrlə dolu olduğu müəyyənləşdirilib. Xüsusilə fıstıq və kadayıf aromalı Dubay şokoladlarında, doymuş yağ tərkibli palma yağı, müxtəlif qida boyaları (E140, E141) və xərçəng yaratma riskinə malik 3-MCPD adlı kimyəvi birləşmələrin olduğu aşkarlanıb.
Yoxlanılan səkkiz məhsuldan altısında 3-MCPD maddəsi tapılıb və bunların beşində bu maddənin qanuni hədləri aşdığı məlum olub. Alimlər xüsusən də çirklənmiş palma yağı istifadəsinin bu zərərli maddənin yaranmasına səbəb olduğunu və bunun insan sağlamlığı üçün ciddi təhlükə yaratdığını vurğulayıblar.
Qeyd edək ki, 3-MCPD (3-monoxlorpropan-1,2-diol) kimyəvi birləşmədir. Bu maddə xüsusən yağlı qidaların istehsalında, yüksək temperaturda və ya qızartma zamanı meydana gələ bilər. 3-MCPD qidaların istehsalında istifadə olunan bir çox yağda, xüsusilə palmitin və soya yağı kimi bitki yağlarında tapıla bilər. Bu maddə, zərərli ola biləcək kanserogen xüsusiyyətlərə sahib ola bilər, buna görə də qida sənayesində onun miqdarı müəyyən edilən məhdudiyyətlərə tabe tutulur.
3-MCPD həmçinin insan sağlamlığına mənfi təsir göstərdiyi üçün qida istehsalında monitorinq edilir. Bununla bağlı tədqiqatlar, bu maddənin müxtəlif orqanizmlərə, xüsusilə böyrəklər və ürək-damar sistemi üzərindəki potensial təsirlərini araşdırır./milli.az
Bu yazını dostlarınla paylaş
saytların hazırlanması Pin up casino giriş
Bu yazıya reaksiyanız ?






