Daha iki ölkədə meymunçiçəyi aşkarlandı

Oct 15, 2024 - 06:49
 0
Daha iki ölkədə meymunçiçəyi aşkarlandı

Daha iki Afrika ölkəsində meymunçiçəyi virusu aşkarlanıb.

Doktorm.az xarici KİV-ə istinadən xəbər verir ki, Zimbabve Səhiyyə və Uşaq Baxımı Nazirliyi ölkədə meymunçiçəyinə ilk yoluxma ötən ay Cənubi Afrika Respublikasına səfər edən 11 yaşlı uşaqda qeydə alınıb. 

Həmçinin Tanzaniyaya səyahət edən 24 yaşlı bir kişidə virusun aşkarlanması ilə ölkədə yoluxma hallarının sayının 2-yə yüksəldiyi vurğulanıb.

Hər iki xəstənin səhhətinin yaxşı olduğu qeyd edilib.

Zambiya Səhiyyə Nazirliyindən verilən açıqlamada, ölkədə meymunçiçəyinə ilk yoluxma ötən ay ölkəyə gələn 32 yaşlı Tanzaniya vətəndaşında aşkar edildiyi bildirilib.

Xəstənin Zambiyadan başqa bir çox Cənubi Afrika ölkəsinə səyahət etdiyi bəlli olub. 

“Həmin şəxsin geniş səyahət tarixini və Zambiyanın bir çox yerində qarşılıqlı əlaqəsini nəzərə alaraq, həm yerli, həm də sərhədlərarası potensial yayılma riski yüksəkdir", - deyə nazirliyin açıqlamasında qeyd edilib. 


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow