Çox içki içənlər niyə şəkər olur?

ABŞ Texas universitetinin alimləri alkoqollu içkinin miqdarı ilə diabet arasında əlaqə olduğunu sübut edib.

Jun 11, 2024 - 23:19
 0
Çox içki içənlər niyə şəkər olur?
İstər kişi, istər qadınlarda həftəyə 12 doza və çox alkoqollu içki qanda qkükozanı artırır, yaşlaşdıqca diabet riskini artırır.
Məlumdur ki, həddən artıq içki qaraciyər və mədəaltı vəzin funksiyasını pozur.
Məhz bu orqanların işində pozulma qanda şəkərin tənzimlənməsini də pozur və preddiabetə səbəb olur.
Alimlər bildirir ki, adətən gənc insanlarda belə ciddi pozulmalar hələ baş vermir, aclıq, toxluq şəkəri normal olur, amma insulin dirənci yaranır.
Lakin orqanizm yaşlandıqcaq metabolik sağlamlıq axsayır.
Yeni elmi araşdırmada alimlər həftədə 10-12 dozadan artıq alkoqolun 54 yaşdan sonra şəkərli diabetə səbəb olacağını sübut edib.
Məhz bu qədər alkoqol qanda fosfatidiletanolun səviyyəsini 20 nanoqramma qədər artırır.
Qanda bu etanolun artıq olması digər xəstəlikləri, qaraciyər yağlanması və sirroza səbəb olur.
Ona görə də orqanizm üçün yol verilən dozanı aşmamaq lazımdır.

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow