Çox faydalı olan ərik tumu sizi komaya sala bilər

Ərik çəyirdəyinin tərkibində A, D, K və E vitaminləri ilə yanaşı xərçənglə mübarizədə əhəmiyyətli bir təsirə sahibi olduğu deyilən B17, başqa bir adla laetril adlı bir maddə də var. Bu səbəblə ərik çəyirdəyi bir çox mövzuda bədənə xeyirlidir.
Tərkibində olan B17 sayəsində xərçəngli hüceyrələrin meydana gəlməsini əngəlləyir, meydana gəlmiş olanların yayılmasına maneə törətdiyi deyilir.
Doktorm.az deyerler.org-a istinadən bildirir ki, bol miqdarda vitamin saxlaması sayəsində ərik çəyirdəyi immuniteti gücləndirən bir təsir də yarada bilir.
Bu xüsusiyyətlərindən başqa yüksək qan təzyiqini nizamlamağa köməkçi olur. Bu sayədə yüksək təzyiqi olanlara dəstək olur.
Sızanaqları sürətlə sağaldır.
Ərik çəyirdəyi yağı, ağrıları azaltmada da əhəmiyyətli rol oynayır.
Ərik çəyirdəyinin faydalarını izah etdik, necə istifadə edilə biləcəyini də söylədik, amma bilməlisiniz ki, ərik çəyirdəyini həkimlə məsləhətləşmədən əsla istehlak etmək olmaz. Çünki ərik tumunun içində olan laetril adlı maddənin, hər nə qədər xərçəng önləyici bir maddə olduğu deyilsə də, buna dair müzakirələr hələ davam edir və bu maddənin əslində bədən üçün çox ciddi zərərlər meydana gətirə biləcəyi də deyilir.
Gündə 30 ilə 60 ədəd arasında ərik çəyirdəyi yemək ciddi zəhərlənmələrə, koma halına və hətta ölümə qədər gətirib çıxara bilər. Üstəlik bu ədədlər söz mövzusu bir uşaq olduğunda 5 ilə 10 arasındakı az miqdarlarda belə ciddi təsirlər göstərə bilir.
Bu yazını dostlarınla paylaş
saytların hazırlanması Pin up casino giriş
Bu yazıya reaksiyanız ?






