Çiyələkdən uzaq DURUN! - XƏBƏRDARLIQ

Jun 7, 2025 - 10:51
 0
Çiyələkdən uzaq DURUN! - XƏBƏRDARLIQ
Çiyələkdən uzaq DURUN! - XƏBƏRDARLIQ

Mədə-bağırsaq sistemi (MBT) xəstəliklərinin kəskinləşmə mərhələsində olan insanlar üçün normadan artıq çiyələk və albalı yemək tövsiyə olunmur. 

Doktorm.az "aif.ru”ya istinadən xəbər verir ki, dietoloq-endokrinoloq Anton Polyakov bu barədə məluçat verib.

Mütəxəssis əlavə edib ki, bu giləmeyvələrə qarşı güclü allergiyası olan şəxslər, xüsusilə qida allergiyası olanlar da onların çox miqdarda qəbulundan çəkinməlidirlər.

“Yəni çiyələk və albalı belə hallarda allergiyanın gedişatını daha da kəskinləşdirə bilər,” — deyə Polyakov vurğulayıb.

Onun sözlərinə görə, doğuşdan sonrakı dövrdə olan və körpəsini əmizdirən qadınlar da bu meyvələri həddən artıq qəbul etməməlidirlər.

Qeyd edək ki, dietoloq Larisa Nikitina çiyələyin üç-beş gündən artıq saxlanılmamasını tövsiyə edib. Onun sözlərinə görə, giləmeyvələr yuyulduqdan sonra onların saxlanma müddəti daha da qısalır./Bizim.Media


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow